267
Сечмяляр (шеирляр)
II PƏRDƏ. 4-cü ŞƏKİL
Camalın evi. Nicat Camalın qonaq otağında üç yüz dollar Ca-
maldan pul götürür. Camal Nicatın getməyinə sevinirdi. Ona
görə ki, Nicatın arvadına vurulmuşdu.
CAMAL /yalançı təbəssümlə/
Qonşu, fikir etmə hər şey düzələr,
Sizin həyata da yaxşı gün gələr.
Borcu ki, qazanıb qaytarmaq asan,
Gərək heç naümid olmasın insan.
Verərəm bu pulu on beş faizə,
Nə edim? Sələm də qazancdır bizə.
NİCAT /razılıqla/
Əlinə bərəkət, ay qonşu, vallah,
İndi çoxu belə, səndə nə günah?
Yenə də əl tutdun, verdin bu pulu,
Olmasın ağlımız pisliyin qulu!
Üç aya yollaram pulunu sənə,
Sən də bu üç ayı möhlət ver mənə.
CAMAL /yağlı dillə/
Get, qonşu, nigaran olma sən evdən,
Dolmasın könlünə çiskin, duman, çən.
Səba da Nabata kömək eyləyər,
Aclığın, suzluğun qəddini əyər.
Gündəlik pulunu çıxarar burda,
Sən də pullanarsan, dönərsən yurda.
Uğurlar dilərəm haqdan yoluna,
Fələk qüvvət versin hər an qoluna.
Dostları ilə paylaş: |