268
Ширин Ханым Кяримбяйли Шадиман
NABAT /ədayla/
Eşitdim gedirsən,
ay Nicat qardaş,
Demə, qəlb yerinə sinəmizdə daş.
Dörd uşaq yedirib doydurmaq çətin,
Yolun tapmaq olmur heç səadətin.
Uğurlar
dilərəm getdiyin yola,
Sənə kömək olsun qoy Alla-Taala.
/Bu an Aytən öz otağından gəlir./
AYTƏN
Nicat, uğurların qoy bol-bol olsun,
Gələn sabahına açıq yol olsun.
Dünya beşgünlükdü,
çox fikir etmə,
Könlünün içini dərdlə böyütmə.
Nə çoxdur orada, eh, rus qızları,
Şimal ölkəsinin ay ulduzları.
Vaxtını
boş yerə keçirmə orda,
Harda məhəbbət var, kədər, qəm darda.
/Ha, ha, gülür. Nicat sağollaşıb çıxır. /
Dostları ilə paylaş: