Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман OLAR



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə85/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   81   82   83   84   85   86   87   88   ...   282
126
Ширин Ханым Кяримбяйли Шадиман
OLAR 
Fələk könlə vəfa qılmaz, könül candan bezar olar.
Ürək ağlar, odu qalmaz, can içində azar olar.
Dilim fəryad çəkər ahdan, səda gəlməz heç Allahdan,
Şişib dünya hər günahdan, içi mənə məzar olar.
Yanar cigər, yanar bağır, bir kimsəyə yetməz çağır,
Fələk edər cəfa ağır, dil ağızdan həzar olar.
Gözlərimdən çeşmə doğar, bəbəkləri tutub boğar,
Qəlb səhrama hicran yağar, bu səhradan gülzar olar.
Üzü gülməz heç taleyin, edər üzə hey gileyin,
Zaman kəsər yolun heyin, yoxuş mənə güzar olar.
Vəfa qılmaz Rəbb adəmə, salar könlü dəmdən-dəmə,
Göz bulanar acı nəmə, sinəmdə hey ah-zar olar.
Zaman yapar saray andan, nalə qalxar hər bir yandan,
Tən ayrılar mələk candan, əl məzarı qazar olar.
Can cisimdən qopar hənuz, öz ulduzun tapar hənuz,
İçimdə dərd çapar hənuz, könül mülküm bazar olar.
Cəfalar hey başdan aşar, yazıq ürək qəmlə yaşar,
Ey Şadiman, təbim daşar, əlim ahdan yazar olar...!
 08.11.2001



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin