122
Ширин Ханым Кяримбяйли Шадиман
EY RUHUMUN CANI ANAM
Ey ruhuma pak, can anam,
Canın getdi, közün qaldı.
Qəlbimdəki ünvan, anam,
Gözlərimdə gözün qaldı.
Getdiyin yol gedər-gəlməz,
Xəyalların dərdi bilməz,
Sən gedəli, üzüm gülməz,
Ürəyimdə izin qaldı.
Sən canımın yarımısan,
Ruhu könlə sarımısan,
Ayrı düşmək deyil asan,
Boynubükük qızın qaldı.
Deyirdin ki, darıxarsız,
Qəlbi oda buraxarsız,
Yollarıma çox baxarsız…
Qəlb yandıran sözün qaldı.
Ha baxıram sağa, sola,
Otlar bitib o ağ yola,
Şadimanın dözmür hala,
Demə, getdin dözüm qaldı…
05.11.2013
ANA, HAQQINI HƏLAL ET
Dikildi gözün yollara,
Çox düşdün qəmli hallara,
Can dedin bu balalara,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Gəldi tez qırxın yetişdi,
Demə, yaralar bitişdi,
Ürəyimizə ah düşdü,
123
Сечмяляр (шеирляр)
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Qız balaların həyanı,
Ata ocağda sayanı,
Ey canımızın duyanı,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Getməz ürəkdən ülfətin,
Heç dəyişməyən sifətin,
Bitib-tükənməz hörmətin,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Atamın ömür sirdaşı,
Xanım-xatun yar yoldaşı,
Nə ağladırsan göz yaşı,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Qızların qərib oldular,
Düşüb yollarda soldular,
Çox bulud təki doldular,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Ahla ürəyim doludur,
Başım ayağın quludur,
Getdiyin Allah yoludur,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Şirin xanımı sal yada,
Bax bağrındakı fəryada,
Yetiş balana imdada,
Bizə ruhunla cəlal et,
Ana, haqqını həlal et.
Ana, haqqını həlal et.
13.01.2013
124
Ширин Ханым Кяримбяйли Шадиман
Dostları ilə paylaş: |