121
Сечмяляр (шеирляр)
Gözlərin qapıda qalardı hər gün,
Həsrətdən bənizin solardı hər gün,
Ürəyin buludtək dolardı hər gün,
Hicran yaraların bitişdi, ana,
Bildik bu əbədi gedişdi, ana.
Gözlərim önündən şəklin dayanır,
Ruhun fəryadına könlüm boyanır,
Bağrım parə-parə, ürəyim yanır,
Ayrılıq məqamı yetişdi, ana,
Bildik bu əbədi gedişdi, ana.
Qapının döyəndən qocalıq çağı,
Dilin ah söylədi, ürəyin ağı,
Gəldi əzrayılın qəfil sorağı,
Əzablı
günlərin ötüşdü, ana.
Bildik bu əbədi gedişdi, ana.
Məzarın başına gəlib ağlarıq,
İndi qəbirinə ülfət bağlarıq,
Yanan sinəmizi ahla dağlarıq,
Ömür bağın soldu, qış düşdü, ana,
Bildik bu əbədi gedişdi, ana.
Şirin xanım
sənə can qurban deyir,
Solmuş vücuduna min yol can deyir,
Sənsiz keçən ömrə bir hicran deyir,
Yanan
ürəyinə dərd düşdü, ana.
Bildik bu əbədi gedişdi, ana.
Bildik bu əbədi gedişdi, ana.
01.01.2013