119
Сечмяляр (шеирляр)
EDİLƏN YAXŞILIQ QAYITMIR GERİ
Edilən yaxşılıq qayıtmır geri,
Sən onun yolunu gözləmə heç vaxt.
Göyün kişnərtisi ayıltmır yeri,
Özü ayılanda silkələnir taxt.
Hər kəsin ağlının öz taxçası var,
Canının içində qəm boxçası var,
Tərpənən
yer kimi candan asi var,
Ani yaxşılıqdan cilvələnir baxt.
Odur ki,
gözləmə kimsədən onu,
Min bir rəngə çalır
hər üzün donu,
Xeyirə calansın addımın sonu,
Qaçır əlimizdən göyərçintək vaxt.
Dostları ilə paylaş: