117
Сечмяляр (шеирляр)
Kişilər – arxamız, köməyimiz, diləyimiz,
Sizsiz fəğan edər ürəyimiz.
Könlümüzün atəşi,
Evimizin günəşi.
Atamız, qardaşımız, can sirdaşımız,
Sizsiz xətalardan çıxmaz başımız.
Sinəmizə axar göz yaşımız,
Canımız ovunmaz,
Könül şamımız yanmaz.
Kişilər –
Siz
Vətənimizin vuran nəbzi,
Dünyadan silinməz izi,
Gücümüz, qüvvətimiz,
Harayından boylanan cürətimiz,
Siz
yox olan gündən biz də yoxuq,
Sizinlə yağı gözünə oxuq!
Kişilər –
Əsəblərinizlə,
Acı-şirin dillərinizlə,
Həyatımıza
məlhəm əllərinizlə,
Tanrım sizləri qorusun,
Bütün həyatınız yarısın…
Amin…
Amin…
Amin…
04.11.2012