A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
4
Sığınacaq deyəndə ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Herman Hessenin “Sığınacaq” essesindən bir məqam yada
düşür: “Mən yenə də nəyin dalınca gedəcəyimi, nəyi rəhbər
tutacağımı, öz qanımı nəyə verəcəyimi tapdım, anladım. Bu nə
istəkdi, nə də arzu, bu – məqsəddir.
Bu məqsəd – yenə də sığınacaqdır. Ancaq nə mağaradır, nə
də gəmi. Mən o sığınacağı öz içimdə axtarıram, dağlardan, ma‑
ğaralardan etibarlı, tabutdan, qəbir çalasından etibarlı
və rahat,
tək qaldığım, dünyanın əli yetmədiyi məkan, yaxud nöqtə ax‑
tarıram. Budur mənim məqsədim. Ora heç nə keçə bilməz,
çünki ora mənimlə yoğrulub.
Qoy orada lap boran və ağrılar olsun, qoy orada lap qan da
tökülsün.
Mən hələ bu məqsədimdən çox uzaqdayam, mən hələ yolun
lap başlanğıcındayam,
ancaq indi bu, əsl mənim yolumdur.
Adi arzu deyil.
Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, səni alov yan‑
dıra bilməz, səni heç bir müharibə dağıda bilməz. Öz cismimin
dərinliyində balaca yuva! Daxma, balaca tabut, balaca beşik,
mən sənə can atıram”. (Herman Hesse. Seçilmiş əsərləri. –
Bakı: “Şərq – Qərb”, 2010, s.532‑533).
Bu dünyada hərəyə bir şey lazımdır: kimiyə gecə, kimiyə
gündüz, kimiyə mərdlik, kimiyə namərdlik, kimiyə məğrur‑
luq, kimiyə mütilik, kimiyə qayğı, kimiyə etinasızlıq, kimiyə
haqq‑ədalət, kimiyə ədalətsizlik, kimiyə nə isə... Ancaq hamıya –
hər bir kəsə sığınacaq mütləq lazımdır. Bütün ömrü boyu sığı‑
nacaqlar uğrunda çarpışan insanı daha çətin sınaqlar,
həm də
uğurlar, nailiyyətlər gözləyir. Ancaq insanın sonu yenə də sı‑
ğınacaqdır. Axtara‑axtara, özümüz də bilmədən və hərəmiz
bir yolla sığınacağımızı tapırıq. Deməli, son məqsədimiz sığı‑
nacağımızı tapmaqdır. Biz insanlar son məqsəd kimi dünyaya
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
5
sığınacaq axtarışına gəlmişik və hələ də sığınacaq axtarışında‑
yıq. Bir sözlə, insan ömrü boyu sığınacaqlara doğru tələsir. Son
sığınacaq hər bir kəsin qismətinə alın taleyi kimi yazılıbdır.
Kimsə son sığınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı
haqqında düşünürmü?! Dünyanın qəribə işləri var. Bir atanın,
bir ananın övladlarının son sığınacağı bir olmur! Məncə, hər
bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün ədəbiyyat üzrə
Nobel mükafatçısı Ernest Heminquey necə deyib: “Hər insanın
ölümü mənim ömrümü gödəldir, çünki mən Bəşəriyyətin ay‑
rılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin hara‑
yını
eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən;
Sənsən dünyadan köçən”. (bax: Ernest Heminquey. Seçilmiş
əsərləri. Bakı, “Şərq‑Qərb”, 2010, s.7)
Ancaq insanın ölməsi, son sığınacağını tapması məğlubiy‑
yət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner
demişkən: “Mən insanın ölümü fikrini rədd edir, buna inan‑
mıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm ki, o –
qalib gələcək”. Ernest Heminqueyin sözləri ilə desək: “İnsan
övladı məğlubiyyət üçün yaranmayıb; insanı
məhv etmək olar,
lakin onu məğlub etmək mümkünsüzdür”. Bir azərbaycanlı
şairin dediyi kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Eliotun belə fikri var:
“Mənim başlanğıcım mənim sonumdur, mənim sonum mənim
başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin baş‑
lanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqiqətdir ki,
dünya yaranandan indiyə qədər insan məğlubolmazdır. Nəsil‑
lər dəyişir, bir‑birini əvəz edir. İnsanlar isə qurub‑yaradır və
fəaliyyət göstərirlər. Deməli, insan məğlubedilməzdir.
Dostları ilə paylaş: