A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
17
yəti
quruculuğu, ictimai fəallıq və s. Ancaq onu mənə ən
doğma olan yönü YAXŞI İNSAN olması idi!.. Yuxarıda da vur‑
ğuladığım kimi, o öz sözünü gizlətmədən, öz səmimiyyəti və
açıqsözlülüyü ilə hər cür sayğını, məhəbbəti haqq edirdi. Ona
sayğı bəsləməmək,
ona məhəbbətlə yanaşmamaq, sadəcə ola‑
raq, mümkün deyildi... İbrahim millətinə dərindən bağlı, döv‑
lətimizi canı qədər sevən, sevinci ilə sevinən, kədəri, acısı,
ağrısı ilə ağrıyan dəyərli bir ziyalı idi. Ermənistanda qalan ta‑
rixi torpaqlarımız, oradakı tarixi, dini, mədəni abidələrimizin,
qəbristanlıqlarımızın dağıdılması, Qarabağ ağrı‑acısı, köçkün‑
lərimizin bitməyən
yurd həsrəti onu hər gün deyil, hər saat,
hər dəqiqə düşündürərdi. Çox söhbətlər etmişdik bu barədə
onunla. Torpaqlarımızın azad olunacağı günü və xəbəri səbir‑
sizliklə gözləyənlərdən biri idi və bu istiqamətdə əlindən gələn
hər şeyi etməyə hazır bir ziyalı idi.
Dediyimiz kimi, onu adətən gərgin işləyən görmüşdüm...
Bununla belə ailəsi ilə yaxından tanış olduqca,
bir həqiqət üzə
çıxdı: o, ailəsinin qayğılarına, istək və arzu larına da sanki
“vaxtı genişləndirərək” vaxt içində vaxt ayırırmış, vaxt kimi
vaxt ayırırmış...
* * *
İbrahim!
Dəyərli soydaşım!
Yerin görünür! – Elə bilirsən, bu hər haqq dünyasında olana nəsib
olan aqibətdir?..
Aqibətin xeyirdir, qardaş!
Qardaş, ruhun şad olsun – qardaş ruhun..!
Burda vidalaşmadan getdin, neynək, orda salama gələrsən...
Görüşəcəyik!
Mənə hər zaman bacı deyə müraciət edərdin. Bu kiçik yazını da
elə bir bacı kimi yazdım. Nur içində yat, əziz qardaşımız.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
18
Dostları ilə paylaş: