Kitab-ibrahim-esas Layout 1


İbrahim  Dünyadan vaxtsız köçmüş



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə9/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   5   6   7   8   9   10   11   12   ...   67
Sərdar Zeynal, 
Heç zaman yadından çıxarmağı
bacarmayan,  hər an küçədə 
qarşılaşacağına ümid bəsləyən dostu 
şair, filologiya üzrə elmlər doktoru
DOSTLARIN ÖLƏNDƏ 
SƏN ÖLƏCƏKSƏN
Ö
zümü anlayandan, dünyanı başa düşəndən, həmişə hiss‑
lərimin, istəyimin ağası olmağa çalışmışam. Nə çoxlu
var‑dövlət axtarmışam, nə şan‑şöhrət ummuşam. Həmişə sözü‑
mün üstündə dayanan, vüqarı yerində olan, imkan dairəsində,
kömək umanların köməkçisinə çevrilməyə çalışmışam. Bütün
bunları vicdanla, təmənnasız, eyni zamanda kifayət qədər yerli‑
yerində, keyfiyyətlə yerinə yetirməyə çalışmışam. Yalnız bəzi
məsələlərdə hissimin, duyğumun əleyhinə gedə bilməmişəm.
Ən əziz sandığım, hər şeydən qiymətli bildiyim hər an üzlərini
görməyə ehtiyac duyduğum dostlarımı mən axtarıb tapmamı‑
şam. Onları tale gətirib mənimlə qarşılaşdırıb, həyatımın məna‑
sız keçməməsi üçün Allah onları mənim qarşıma çıxarıb əziz və
qiymətli bir nemət kimi.
Qarşılaşdığım adamlar olub, onlardan bəzilərini keçmişdə
olub, indi həyatdan köçən ehtiram bəslədiyim adamlara bən‑
zətmişəm onun yerişini, duruşunu. Həmin itirdiyim gözəl


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
28
insan sanki yenidən gəlib qarşımda dayanıb. Sevinmişəm ki,
heç olmasa itirdiyimin özünü tapmasam da, heç olmasa bir ox‑
şarını tapmışam.
Sonradan yaxından tanış olandan sonra anlamışam ki, bu
yeni tapdığım adam itirdiyim adamın zahiri oxşarıdır. Əqidəsi
də, hərəkəti də, istəyi də tamamilə başqa şeydir.
Ayağımın altını qazan olub, kölgəmi qılınclayan olubdur.
Belələrindən, ancaq onlara nifrət edə bilməmişəm, bütün ya‑
ramazlıqlarını, yanlışlıqlarını onu bənzətdiyim insanın böyük‑
Sağdan birinci İbrahim, ikinci Sərdar


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
29
lüyünə bağışlamışam.
Ancaq eləsi ilə də qarşılaşmışam ki, onu heç kəsə bənzətmə‑
mişəm, ümumiyyətlə, bənzərinə rast gəlməmişəm, həyatda be‑
ləsi ilə ilk dəfə qarşılaşmışam.  Heç kəsə oxşamayan, heç kəsə
bənzəri olmayan, yalnız özü – özünə oxşayan, özü – özünü ta‑
mamlayan İbrahim müəllim kimi. (O məndən 23 yaş balaca
olsa da, mən onu  heç zaman adı ilə çağırmadım, həmişə adı‑
nın arxasına bir müəllim sözünü əlavə elədim).
Onunla, təqribən, on‑on üç il bundan qabaq tanış olmuş‑
dum. Bir dəfə əziz dostum professor Buludxan Xəlilov zəng
vurub dedi ki, yanına bir nəfər əziz dostumu göndərirəm, əgər
imkanın olsa, işlərinə kömək edərsən. O sonradan yaxşı tanı‑
dığım Cavanşir adlı bir dostu ilə gəlmişdi. Arxasınca gəldiyi
iş də elə bir çətin iş deyildi. Gəldilər, düzəldi və qayıtdılar. O
gündən sonra aramızda isti münasibət yarandı. Hərdən  şə‑
hərdə Buludxan müəllimlə görüşəndə onunla da görüşürdüm.
Bu adi tanışlıq möhkəm bir dostluğa çevrildi. Getdikcə aramız‑
dakı münasibət daha da istiləşdi. Hər dəfə şəhərə getdikcə,
vaxt olduqca “Xalq qəzeti”ndəki kabinetində görüşməyə baş‑
ladıq. Görüşlərimizdə onun səmimi, təmənnasız, həm də həd‑
dindən artıq qayğıkeş bir insan olduğuna əmin oldum.
Bir neçə kitabımın araya ‑ ərsəyə gəlməsində yaxından kö‑
məklik göstərdi. Kitabların dizaynının, formatının necə olaca‑
ğının ağırlığı hamısı onun üzərinə düşdü.
İşinin ağır olduğunu görüb ona əziyyət verməməyə çalı‑
şırdım. Lakin nə qədər gizlətsəm də, işlərimlə onun özü ma‑
raqlanırdı.
Görüşcək soruşurdu:
‑ Yaradıcılıq nə yerdədir? Hələ kitab nəşr etdirmirsən? Nə
vaxt çap etdirməyə imkanın olacaq? Mən isə ondan heç nəyi
gizlətməzdim. Nə vaxt ki, kitabı nəşr etdirməyə hazırlaşırdım,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
30
deyirdi ki, gətir bir baxım. Oxuyub baxırdı və qısa bir vaxt ər‑
zində gözəl tərtibatlı, maraqlı bir kitab formatı hazırlayırdı. Nə
qədər təkid etsəm də, adını dizayner, redaktor və s. kimi həmin
kitaba yazmağa  icazə verməzdi. Ancaq sonralar hazırlanan ki‑
tabların bir neçəsində özüm ondan xəbərsiz adını qeyd elədim. 
Mən gördüyüm işlərin hamısını əvvəlcədən planlaşdırıb, ya‑
şıma uyğun olub‑olmadığına xüsusi diqqət yetirirəm. Mənə ən
böyük uğur gətirən iş olsa belə, yaşıma uyğun gəlməyəndə hə‑
mişə ondan vaz keçməyə çalışıram. 1999‑cu ildə namizədlik
dissertasiyası müdafiə edəndən sonra yenidən mövzu götürüb,
doktorluq dissertasiyasını hazırladım.  50 yaşım tamam olanda
artıq dissertasiyanı yazıb bitirmişdim. Lakin, onu müdafiə et‑
məkdən vaz keçdim.  Birinci yaşımın keçməsi, ikinci tərəfdən
isə namizədlik dissertasiyasının təsdiqini gözləyəndə keçirdi‑
yim stres.  Yenidən həmin stresi yaşamağa imkan vermədim.
Bir dəfə söhbət  zamanı təsadüfən elmi yaradıcılığımla bağlı
soruşanda doktorluq işimin nə yerdə olduğu ilə maraqlandı.
Onda isə mənim 60 yaşımın tamam olmasına 4‑5 il qalırdı. Mən
işimin hazır olduğunu, bu yaşda isə müdafiəyə ehtiyacım ol‑
madığını söylədim. O isə qəti surətdə bu işi mənim yerinə ye‑
tirib  sona çatdırmağımı tələb etdi. Hələ bir zarafata salıb
söylədi ki, elmlər doktoru kimi ölməyin özü də bir şərəfdir. 
Müdafiə ilə bağlı hər bir müdafiəçidən həmin mövzu ilə
bağlı  bir neçə məqalənin xarici elmi jurnallarda dərc olunma
tələbi qarşıya çıxandan sonra, lazım olan jurnalların  ünvanının
tapılmasında və həmin ünvana məqalə göndərilməsində qa‑
bağa düşüb öz köməyini əsirgəmədi.
Yayın isti günlərində bir neçə dəfə onu dostum, həm də İbra‑
himin ən yaxın dostu prof. Buludxan Xəlilovla birlikdə Bilgəhdə
dəniz kənarında dincəlməyə dəvət etdim. Onlardan yalnız bir‑
cəsində bir yerdə şəkil çəkdirmək bizə nəsib oldu. Başqa adam


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
31
olmadığına görə üçümüz bir yerdə şəkil çəkdirə bilmədik.
Əvvəl İbrahim müəllim mənlə Buludxan müəllimi, sonra isə Bu‑
ludxan müəllim  mənlə İbrahimin bir yerdə şəklini çəkdi.
Həmişə görüşəndə dənizin sahilindəki qayğısız anlardan
söhbət düşəndə elə hey deyərdi ki, sizdə yediyim o soyutma‑
nın dadı doğrudan da tamam başqa idi. Bu il yayda, Allah

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin