Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə7/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   2   3   4   5   6   7   8   9   10   ...   67
Nəcəf   Nəcəfov,
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru,
AYB və AJB‑nin üzvü, əməkdar müəllim, dosent
ÖMÜR  VƏFA  ETSƏYDİ
İ
brahim müəllim ömrünün ən qaynar vaxtında həyatını
dəyişdi. Onun bitib – tükənməyən arzuları ürəyində
qaldı. O, yaxşı oğul, yaxşı qardaş, sədaqətli dost, gözəl ailə baş‑
çısı kimi tanınırdı. Xarizmatik xarakterinə görə, gənc yaşların‑
dan ağıllı, müdrik insanlarla əhatə olunmuşdu. Bəli, bəxti onda
gətirmişdi ki, taleyinə yaxşı dostlar düşmüşdü. O, bütün mə‑
sələlərdə prof. Teymur Əhmədovla, prof. Buludxan Xəlilovla
və digər dünyagörmüş dostları ilə məsləhətləşərdi.
İbrahim qısa ömründə özünəməxsus həyat tərzi yaşamışdır.
O böyüyüb, boya‑başa çatdığı ailəsinə, onun hər bir üzvünə
həmişə diqqətli olmuşdur. Yaxın adamları çətinliklərlə üzlə‑
şəndə ən ağır yükü üzərinə məhz İbrahim götürərdi.
Çox maraqlı keçmişi olan doğma Ağbaba torpağı onun üçün
unudulmaz yurd yeri idi. Ağbabanın axar‑baxar tabloları, Ar‑
pagölü, Arpaçayı onun beynində yeniyetməlik illərinin xatirə‑
ləri kimi yaşayırdı. Bu təbiət gözəllikləri onun daima müşahidə
etdiyi peyzajlar idi. Qış günlərində Ağbaba aşıqlarını dinləmək


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
19
də onun qəlbində coşqun həyat həvəsi oyatmışdı. Mənfur qon‑
şuların üzündən o yerlərdən ayrılandan sonra da bu canlı xa‑
tirələr onu rahat buraxmırdı. Türkiyə və Borçalı ilə sərhəddə
yerləşən Ağbaba igid oğulları ilə də yadda qalmışdır. Ağbaba‑
nın hazırda elm, təhsil sahəsində çalışan ziyalıları da az deyil‑
dir. Ömür vəfa etsəydi bu barədə onun yazıları da olacaqdı. O,
jurnalist qələmini bu yolda da sınamaq istəyirdi. Onun ilk ya‑
zıları da bu daxili narahatlıqların nəticəsi idi.
İbrahim sadə və təvazökar insan, öz şərəfli peşəsi və həyat
yolu ilə yaşıdlarına nümunə olan ziyalı idi. O həmişə özünü
yaşlı adamlar kimi aparırdı. Bu da ondan irəli gəlirdi ki, o,
adət‑ənənələrə hörmət edən  bir ailə tərbiyəsi almışdı.
Mən İbrahimə həmişə gələcəyi olan bir gənc kimi baxırdım.
O, məndən 40 yaş cavan idi. Ona görə də mən onun atası Ni‑
zamini, qaynatası Yusif müəllimi, yaxın qohum dünya şöhrətli
həkim‑cərrah Kamran Musayevi daha yaxşı tanıyırdım. Yusif
müəllimlə nə az, nə çox 50 il dostluq etmişəm. Ən yadda qalan
günlərim Yusif müəllimlə bağlıdır. Onunla Şamaxıda tanış
olub, bir məktəbdə işləmişəm. Bu dostluğumuz onun son gü‑
nünə qədər davam etmişdir. Yusif müəllim Bakıda 36 nömrəli
məktəbdə direktor işləyəndə mənim dörd övladım onun mək‑
təbində oxumuşdu. Uşaqlar öz müəllimlərinə çox böyük hör‑
mətlə yanaşırdılar. O bizə gələndə toy‑bayram olurdu. O
şagirdlərini, şagirdləri də onu tərifləyirdi. O mənim sirdaşım
olmuşdur. Bu münasibət qarşılıqlı idi. Yadımdadır, bir dəfə se‑
vinə‑sevinə mənə zəng elədi ki məni təbrik elə, qızım olubdur.
Mən soruşdum ki, adını nə qoymaq istəyirsiniz. O cavab verdi
ki, adını sən qoyacaqsan. Mən gözləmədən cavab verdim: El‑
narə! O zaman mənim balaca qızım Elnarənin 10 yaşı vardı.
İndi o, pedaqogika üzrə fəlsəfə doktorudur. Yusif müəllim də
ona riyaziyyatdan dərs demişdi. Ona dedim ki, qoy hərəmizin


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
20
bir Elnarəsi olsun. Xatirimdə bir şey qalmışdı: Xalq yazıçısı Sü‑
leyman Rəhimov bir dəfə dedi ki, oğlumun adını Aqil qoy‑
dum. Bununla da üç dost – yazıçının üç dost Aqili oldu. O fikir
mənim də beynimdə qalmışdı və  məndə belə bir işə maraq
oyatmışdı. Yusif müəllim yeganə qızının adını Elnarə qoydu.
Tale elə gətirdi ki,  Yusif müəllimin yeganə qızı  Elnarə İbra‑
himlə ailə qurdu. Toyunda iştirak etdim. Onların gülüzlü ba‑
laları oldu. Biz ailəlikcə tez‑tez Elnarədən xəbər bilirdik.
Qismətə bax ki, Elnarə bizim rayondan olan ailəyə gəlin
düşdü. Çox gözəl dolanırdılar. İbrahim onu Səməd Vurğun de‑
mişkən “quş kimi yemləyirdi”. İbrahim çox ailəcanlı idi. Düş‑
düyü mühit gənc yaşında belə onu yetkin bir adama
çevirmişdi. 
Sözümü M.Rahimin bir bənd şeiri ilə qurtarmaq istəyirəm:
Ömür dedikləri coşqun çay kimi,
Kükrəyib, köpürüb hər zaman gedir,
Ona bel bağlama o qədər də sən
Bəzən açılmamış gül, bağban gedir.
Heyf, İbrahimdən!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
21

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin