Sağdan birinci Buludxan, ikinci Sərdar
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
32
qoysa, yenə bir oturub bir an da olsa qayğılardan uzaqlaşarıq.
Min təəssüflər olsun ki, o qarşıdan gələn həmin yayı gözlə‑
mədi, digər dostları kimi mənim də 2014‑cü il baharımı və ya‑
yımı, qarlı – boranlı qışa çevirdi.
Sumqayıt Dövlət Universitetinə prorektor getməmişdən bir
neçə ay əvvəl iş otağında oturub söhbətləşərkən, birdən‑birə
söhbəti öz işlərindən saldı və dedi ki, daha bu cür işlərdən
doymuşam. Nə qədər eyni işin arxasınca gedib‑gəlmək olar?
İşimi başqa formada qurmaq, yaratmaq istəyirəm. Burda nə
qədər ürəkdən çalışsam da, insanların diqqətini daha çox cəlb
edəcək elə bir fövqəladə iş qurub‑yaratmaq olmur. İstəyirəm
mənim əhatə edəcəyim sahə daha geniş olsun, uğurlarımdan
daha çox insanlar bəhrələnsin.
Qısa bir müddətdən sonra onun Sumqayıt Dövlət universi‑
tetinə – son iş yerinə dəyişildiyi xəbərini eşitdim. Bir tərəfdən
onun yüksək vəzifəyə getməsindən fəxarət hissi duysam da,
bir tərəfdən kədərləndim, çünki onu daha tez‑tez görməyim,
qeyri‑mümkün idi. Tez‑tez danışsaq da ancaq tez‑tez görüş‑
mək çətin olurdu.
Hər gün işdən qayıdandan sonra kompyuterin arxasına
keçib gündəlik xəbərlərlə tanış olmaq mənim yeni vərdişimdir.
(Çünki əvvəllər bütün xəbərləri qəzet alıb, qəzetlərdən oxu‑
yurdum)
Martın 15‑də axşama yaxın yenə kompyuteri açıb xəbərlərlə
tanış olmaq üçün düyməni basanda bir anda onun gülərüz su‑
rəti qarşımda dayandı. Yanındakı yazının sərlövhəsindəki
ölüm sözünü oxuyanda elə başa düşdüm ki, İbrahim müəllim
Sumqayıt universitetində dünyasını dəyişmiş hansısa bir nəfər
haqqında yazı verib.
Diqqətlə oxuyanda, dünya başıma fırlandı, yazılan yazıdan
heç nə oxuya bilmədim. O dəqiqə Buludxan müəllimə zəng
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
33
vurdum. Bu ağır, mənim üçün çox ağır olan qara xəbərin doğ‑
ruluğunu o da təsdiq etdi. Sanki yer – göy başıma hərləndi.
Bir onu deyə bilərəm ki, bu cür sarsıntını ilk dəfə atam
öləndə keçirmişdim. Düzdür onun yaşının 60‑dan bir az yu‑
xarı, övladlarının hamısının ağlıkəsən, bir işin sahibi olduğun‑
dan təskinlik tapmışdım. Lakin İbrahimin yoxluğu tamam
başqa ağrı, tamam başqa faciyədi mənim üçün. Bir neçə ay bu
ağrı‑acı məni çox üzdü, həyatımı zəhərə döndərdi. Həyatın
belə boş, mənasız, vəfasız olduğu hər şeyi gözümdən saldı. Bu
genişlikdə şəhərdə özümə yer tapa bilmədim. Sanki yaşamağa
dözümüm azaldı. Qorxudan onun iş yerinə yaxın olan küçə‑
lərdən uzaq qaçdım. Təskinlik verəcək elə bir şey bu acı ağrı‑
dan məni azad edə bilmədi. 3‑4 ay keçəndən sonra, onunla bir
yerdə işləyən gənc bir qızla rastlaşdım. (İbrahim müəllimin ya‑
nına gedəndə o həmişə yazılar gətirib göstərər və məsləhət
alandan sonra öz iş otağına qayıdardı). İbrahim müəllimin he‑
sabına, onunla da aramızda xatir‑hörmətimiz vardı. Hal‑əhval
tutandan sonra, söhbətimizin ilk sözü İbrahim müəllim oldu.
Çəkdiyim ağrı‑acını, iztirabı, həsrəti dilə gətirdim. Məndən 40
yaş kiçik olan bu qız mənə nə desə yaxşıdır?!!!
‑ Sərdar müəllim, İbrahim müəllimin itkisi hamımız üçün
ağırdır. Ancaq təskinlik tapmaqdan başqa ayrı əlacımız yox‑
dur. Biz elə düşünürük ki, o yenə xaricə oxumağa gedib və nə
vaxtsa qayıdacaq. Ona görə siz də elə hesab edin ki, o xaricə
oxumağa gedib və nə vaxtsa o qayıdacaq. Siz onun qayıdacağı
günü gözləyin və bu ümidlə də yaşayın. Onda ağrı‑acınız az
da olsa azalmalıdır.
Düzdür, o gənc qızın mənə verdiyi məsləhətdən sonra
ağrım – acım az da olsa azaldı. İndi də bu fikirdəyəm ki, o han‑
sısa uzaq bir xarici ölkəyə sonsuz bir məzuniyyətə gedib və
nə vaxtsa qayıdacaq.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
34
Ancaq mənim həyatda aldanmağım və aldadılmağım çox
çətin, bəlkə də qeyri – mümkündür. Çünki, heç özüm də
özümü aldada bilmirəm...
Ondan sonra onunla bağlı heç nə yazmadım. Heç yaza da
bilmədim, çünki yolunu intizarla gözlədiyin insan haqqında
nəsə yazmaq qeyri‑mümkündür. Lakin onunla bağlı o ağrılı–
acılı düşüncələrim əbədi bir qəm parçasına çevrilib misra–
misra qəlbimdə fəğana döndü.
Dostları ilə paylaş: |