Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə18/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   14   15   16   17   18   19   20   21   ...   67
Nüşabə Hüseynli,
BSU‑nin Jurnalistika fakültəsinin baş müəllimi,
SPACE televiziyasının redaktoru, filologiya üzrə
fəlsəfə doktoru
SEVDİYIN ADAM ÖLÜRSƏ...
Ö
lümü ilk dəfə görəndə 19‑20 yaşım olardı.  Çox sevdi‑
yim 9 aylıq bir körpə öldü qucağımda. Mən nə qorx‑
dum, nə ağlımı itirdim. Dərk etmədiyin bir şeyin nəyindən
qorxasan ki?!  Sadəcə, ölümün körpəni xəbisliklə əlimdən alıb
qaçması mənə yer elədi. Bununla indiyədək də barışa bilmirəm.
Acizlik qədər nifrət etdiyim ikinci bir hiss yoxdur. İndinin
özündə də həmin anlar yadıma düşəndə özümdən iyrənirəm.
İkinci dəfə ölüm müharibə qiyafəsini geyinib gəldi və çev‑
rəmdəki sevdiyim adamlardan birini götürüb apardı. Ölümün
əslində nə olduğunu bax onda başa düşməyə başladım.
Ölüm hər şeydən əvvəl AYRILIQ deməkdir. Dilin‑dodağın
beş yerdən çartlasa belə, bircə anlığa da olsa, uzaqdan‑uzağa
görmək üçün bütün müqəddəslərə and verib gecə‑gündüz dua
eləsən belə, onu BİR DƏ HEÇ VAXT, eşidirsən,  HEÇ VAXT
GÖRMƏYƏCƏKSƏN deməkdir... ZƏHMƏT ÇƏK, CANIN
ÇIXSIN, ONSUZ  YAŞA deməkdir.  
Sən də  özünü onun yanında görmək – yəni ölmək arzusu


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
53
ilə günləri bir‑birinin dalınca yola salırsan. Zəhmət çəkməyinə
çəkirsən, amma canın çıxmır – beləcə yaşayırsan. Və həyatında
bəzi şeylər dəyişir...
Çalışırsan heç kimə ürəkdən bağlanmayasan. Sonradan
ölüm səni yandırıb‑yaxmasın deyə qəlbinə heç kimi buraxma‑
mağa çalışırsan. Beləcə,  özünü təkrar müqəddəslərə minnətçi
düşməkdən sığortalayırsan.  Ölümün acığına sevmirsən. Sev‑
mirsən ki, sənsiz qəbul edilmiş ayrılıq qərarına kişi kimi döz‑
məyi bacarasan, yaşadığına görə özün özündən utanmayasan,
özün öz yanında biabır olmayasan...
Və beləcə, ömrünün ən maraqlı sayılan illərini rəfiqəsiz,
dostsuz, yoldaşsız, sevgisiz, amma sığortalı yaşayırsan...
Di gəl günlərin bir günü elə adamlarla rastlaşırsan ki, onları
sevməmək, onlara qəlbinin qapılarını açmamaq mümkün
olmur. Özünçün uydurduğun sığorta‑filan, hamısı gedir işinin
dalınca. Başlayırsan dirilməyə, ağ‑qara həyatın bir anın içində
rənglənir, ətrafında hər şey, hər şey  gözəlləşir. Qarşına çıxan
insanların hər biri ilə əzizinmiş kimi davranmağa başlayırsan,
qısası – HƏYATA, insan kimi YAŞAMAĞA qayıdırsan.  
Mən belə adamların biri ilə deyil, birdən‑birə bir neçəsi ilə
rastlaşdım. Sanki yaşamadığım illərin əvəzini çıxmaq üçün
sevgi dolu insanların  hamısı birdən yoluma çıxdı. Və şeytan
məni yenə tovladı – əhdimə xilaf çıxıb yenə  sevməyə başla‑
dım.
Üstündən uzun illər keçib və mən indi başa düşürəm ki, biz
ona görə  bir‑birimizə belə bağlanmışıq ki, həmin vaxt hərənin
özünə görə bir səbəbi olsa da, əslində, hamımızın bir‑birimizə
ehtiyacı olub, daha doğrusu, bir‑birimizin sevgisinə. Sanki Al‑
lahın hamımıza birdən yazığı gəlmişdi, bizi bir‑birimizi yaşat‑
maq üçün bir otağa yığmışdı. Bu, unudulmayacaq sevgi idi.
Və nə yaxşı ki, belə idi. Sevginin qütbləri ‑  Məsiağa müəllim,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
54
Xaqani, Vüqar, Əfqan, Jalə, Fatma, mən və İbrahim. İbrahim
ən sonda qoşulmuşdu bizə.
Əla oğlan idi İbrahim... Onu sevməmək mümkün deyildi.
Mən onu nə vaxtdan sevməyə başladım, yadımda deyil.
Onun isə hər şey çox gözəl yadında idi. Bir yerə yığışanda “Siz
bilirsiz mən Nüşünü nə vaxtdan sevməyə başladım?” deyib
mənim çoxdan unutduğum, özünün isə dəqiq xatırladığı bir
əhvalatı danışardı.
İllər keçdi, hərəmiz bir tərəfə üz tutduq. Amma ayrılmadıq,
görüşəndə görüşdük, danışanda danışdıq. Hər görəndə deyər‑
dim ki, İbrahim, adamın sənin kimi dostu ola. İnciyirmiş kimi:
“Dostun deyiləm ki?” deyərdi.
Bax indi hər şeyi o qədər gözəl xatırlayıram ki...  əsgərlikdə
olanda Xaqaninin yanına, hərbi hissəyə getməyimizi, yol boyu
söhbətlərimizi, müdafiə günü gəlməsən də göndərdiyin o
gözəl qızılgülləri, Məsiağa müəllim sən və mən oturub saat‑
İbrahim dostları ilə birgə: sağdan ikinci İbrahim


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
55
larla dərdləşməyimizi... Selcana tort almağını, hər dəfə də Sel‑
canı soruşanda “Gəlinimə yaxşı bax. Qızı heç kimə vermirsən
ha” atmacalarını, gələcəklə bağlı məzəli planlarını, məsələn,
gəl uşaqlara toy eləyəndə filankəsi çağırmayaq,  filan şeyi belə
eləyək kimi sözlərini... çox şeyi...       
Facebookdakı yazışmamıza baxıram. Ən axırıncısı ötən il,
mayın 14‑də sənin ad günündə olub.
“Diqqətinə görə minnətdaram, əziz bacım! Amma inan ki,
ad günlərini heç sevmədim. Biz sevinirik ki, doğum günümüz‑
dür, ancaq qocaldığımızı unuduruq. Mən isə vaxtından əvvəl
qocaldığım üçün ad günlərini, demək olar ki, sevmirəm. Çox
sağ ol, əziz bacım. Sənin kimi dostum və bacım olduğu üçün
çox xoşbəxtəm!”
Sənsə adamı xoşbəxt olmağa qoymadın, dost. Və səni itir‑
məklə mən  bir şeyi başa düşdüm  ‑ ölüm, ayrılıq hər zaman
amansızdır. Onun sənə heç vaxt yazığı gəlmir. Sevdiklərini
çalır, aparır və sənin sevgisiz qoyduğu sonrakı həyatına tüpür‑
mək belə istəmir.
Tək bircə təsəllim var – bizim çəkdiyimiz ayrılıq acısını sən
bizim kimi yaşamırsan. Sənə orda xoşdursa, biz dözərik. Guya
dözməyib neyləyəcəyik ki?
Amma bir xahişim də var – aradabir yuxuma gəl. Oturub
dərdləşək, ordan‑burdan danışaq, uşaqların toyunu müzakirə
edək.
Dostumsan, sözümü yerə salma, İbrahim… 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
56

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin