Kitab-ibrahim-esas Layout 1


partiya işində işləyəndə tez‑tez kəndlərdə olurdum. İclasların



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə17/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

partiya işində işləyəndə tez‑tez kəndlərdə olurdum. İclasların
qrafikləri tutulanda xahiş edirdim ki, məni ya Ellərkəndə, ya
da Göllü kəndinə göndərsinlər. Ellərkənd İbrahimin və mənim
ən sadiq dostumuz Buludxan müəllimin doğulub boya‑başa
çatdığı kənd idi. Buludxan müəllimin atası Əziz Xəlilov bizim
ailəmizin sınanmış dostu idi. 
Doğulduğum Güllübulaqla Göllü kəndi arasında azı 30‑35
km məsafə olmasına baxmayaraq, Göllüdə demək olar ki, hamı
məni tanıyırdı. İbrahimin atasının əmisi oğlu, dostum Mövlə
müəllim əvvəlcə məktəbdə pioner baş dəstə rəhbəri, sonra isə
sovxozun komsomol və partiya təşkilatının katibi işləmişdi.
Daha sonralar Mövlə müəllimlə rayon partiya komitəsində
birgə işlədik. Hər dəfə Göllüyə gedib, işlərimi görüb qurtaran‑
dan sonra ya təzə qohumumuz Hacı dayı, ya Mövlə müəllimin
atası Osman dayı, ya İbrahimin babası Həmid dayı məni evlə‑
rinə dəvət edərdilər. Onda İbrahim hələ uşaq idi. İbrahimin
atası Nizami ilə də salam‑kəlamımız var idi. O, yaxşı mühasib
kimi rayonda ad çıxarmışdı. Nizaminin şairliyindən Bakıya kö‑
çəndən sonra xəbər tutdum. 2011‑ci ildə Qarsda olarkən Niza‑
minin şeirlər kitabını mənə əslən Göllüdən olan, Qaçaq
Usubun qardaşı nəvəsi, işadamı Özər göstərdi. Bakıya qayıt‑
dıqdan sonra İbrahimə dedim, atasının kitablarından bir neçə‑
sini göndərdi Prezident Kitabxanasının fonduna daxil etdik.
İbrahimlə ilk tanışlığım onun “Respublika” qəzetinin kom‑
püter mərkəzində işlədiyi vaxta təsadüf edir. Həmin qəzetin
redaktor müavini, yaxın dostum Hümbət Musayev məni bacı‑
sının oğlu İbrahimlə tanış etmişdi. “Respublika”da işləyən
Qafar Çaxmaqlı da İbrahimin çox yaxşı oğlan olduğunu mənə
daha əvvəl söyləmişdi. Ağbaba və Şörəyelin tarixi ilə bağlı ya‑
zılarımı İbrahimə verib kompüterdə yığdırardım. Lakin nə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
48
qədər təkid etsəm də o, məndən pul götürməzdi. Sonra İbra‑
him “Respublika”dan getdi. 
Sonralar hər ikimizin dostu Mirzə Ənsərlidən öyrənmişdim
ki, İbrahim “Elm” qəzetinin redaksiyasında işləyir. Lakin
onunla əlaqəm kəsilmişdi. 2002‑ci ildə mənim əvvəllər tanıdı‑
ğım və səmimi münasibətimiz olan Həsən Həsənov “Xalq qə‑
zeti”nə baş redaktor təyin edildi. Bir müddət sonra Həsən
müəllim mənə dedi ki, kompüter mərkəzinin rəhbəri Elçin
başqa yerdə işlədiyi üçün redaksiyadan getmək istəyir. Həsən
müəllim qəzet dizaynını işini yaxşı bilən bir mütəxəssis axtar‑
dığını söylədi. Mən Həsən müəllimə bu işin öhdəsindən gələ
biləcək İbrahim adında bir oğlanı tanıdığımı söylədim. Həsən
müəllim dedi ki, təcili İbrahimi tapıb onun yanına göndərim.
Mirzə Ənsərliyə zəng etdim ki, İbrahimi tapsın və Həsən müəl‑
limin onu görmək istədiyini söyləsin. Bir azdan İbrahim gəldi.
Həsən müəllim elə həmin gün İbrahimi kompüter mərkəzinə
müdir təyin etdi. İbrahim tez bir zamanda redaksiyanın sevim‑
lisinə çevrildi. Özündən böyüklərə xüsusi hörmətlə yanaşması
onun özünə hörmət qazandırırdı. İbrahimlə eyni mərtəbədə
otururduq. Hər səhər işə gələndə əvvəlcə redaksiyanın ağsaq‑
qalı Telman Heydərova baş çəkər, sonra üzbəüzdəki bizim
otağa daxil olub mənimlə hal‑əhval tutar, bundan sonra öz ota‑
ğının qapısını açardı. 
İbrahimin “Professor” deyə müraciət etdiyi Buludxan müəl‑
lim və Məsiağa müəllim tez‑tez redaksiyaya gələrdilər. Arala‑
rında xeyli yaş fərqi olmasına baxmayaraq məzəli, duzlu
söhbət edərdilər. İbrahimin qəhqəhəsi bütün dəhlizə yayılardı. 
Bir hadisəni heç vaxt unutmuram. “Xalq qəzeti”nin analitik
şöbəsində işləyirdim. Bəzən olurdu ki, iş gününün sonuna
yaxın Prezident Administrasiyasından tapşırıq verilirdi ki,
filan mövzuda təcili bir yazı dərc edilməlidir. Baş redaktorun


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
49
tapşırığı ilə işdən sonra qalıb həmin sifarişli yazılardan birini
nömrəyə hazırlayırdım. Axşam saat 8 radələrində yazını ta‑
mamlayıb kompüter otağına verdim ki, yığsınlar. Növbətçi
qızlardan biri qəsdən mənim yazımı yığmır, gün ərzində yığıl‑
mış yazıların “pravkası” ilə oynayırdı. Dəfələrlə baş çəksəm
də vecinə almırdı. Artıq saat 10‑u ötmüşdü. İbrahim otağımızın
işığının yandığını görüb, mənim nə üçün evə getmədiyimi so‑
ruşdu. Dedim ki, yazımın yığılmağını gözləyirəm ki, oxuyub
təhvil verim. İbrahim məsələnin nə yerdə olduğunu başa
düşdü. Bir neçə dəqiqədən sonra artıq yazı hazır idi. Ertəsi gün
səhər işə gələn kimi, axşam mənim yazımı yığmaq istəməyən
kompüterçi xanım içəri daxil olub məndən üzr istədi. Sonra
bildim ki, İbrahim həmin xanımdan tələb edibmiş ki, səhər tez‑
dən işə başlamazdan öncə Nazim müəllimdən üzr istəməlisən.
2004‑cü ilin sonunadək “Xalq qəzeti”ndə işlədim. İbrahim‑
dən kiçik qardaş hörməti gördüm. Xeyirdən, şərdən qalmazdı,
təşkilatçılıq edərdi. Dostlarla yeyib‑içmək üçün fürsət axta‑
rırdı. Məclislərdə “Xalq qəzeti”nə mənim məsləhətimlə gəldi‑
yini söyləyərdi. Mənə deyərdi: “Nə zaman kitab çap etdirmək
istəsən elektron variantını ver mənə, sonrası ilə işin olmasın,
gəl kitablarını apar.” Özü dizayn vermək və çap xərcini özü
çəkmək istəyirdi. İbrahim ölkədə gözəl kitab dizayneri kimi
nəşriyyatlar arasında nüfuz qazanmışdı. Qocaman jurnalist
Telman Heydərovun nəfis şəkildə çap olunan kitabı İbrahimin
sayəsində ərsəyə gəlmişdi. 
Gözəl arzuları var idi. Pedaqoji Universitetin fizika fakültə‑
sini bitirmişdi. Memarlıq və İnşaat Universitetinin və Qafqaz
Universitetinin magistraturasını bitirdikdən sonra Elmlər Aka‑
demiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil ol‑
muşdu. Ona Beynəlxalq Valyuta Fondunun Türkiyə ilə
əlaqələrinə dair qəliz bir dissertasiya mövzusu vermişdilər.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
50
Material toplamaqda çətinlik çəkirdi. Deyirdi ki, gərək gedib
Türkiyədə araşdırma aparasan. İbrahimi Prezident Kitabxana‑
sının elektron resurslar şöbəsinin müdiri Təpəkəndli (Amasiya
rayonu) Zakir İsmayılovla tanış etmişdim. İbrahimin disserta‑
siya mövzusu ilə bağlı Prezident Kitabxanasının fondlarına
daxil olan materialları Zakir müəllim toplayıb İbrahimə gön‑
dərirdi. 
Həsən müəllim İbrahimin zəhmətsevərliyini və sədaqətini
qiymətləndirib redaktor müavini təyin etmişdi. Aralarında
böyük yaş fərqi olmasına baxmayaraq İbrahimlə Həsən müəl‑
lim qardaşdan da yaxın dost idilər. Son vaxtlar onları həmişə
bir yerdə görərdim. Həsən müəllimin qızlarının toyunda İbra‑
him bütün təşkilatçılıq işlərinin məsuliyyətini öz üzərinə gö‑
türmüşdü. Həsən müəllimin kiçik qızının toyunda İbrahim
bütün dostlarını bir masanın ətrafına yığmışdı. İbrahimin ən
İbrahim dostlarının arasında: sağ tərəfdə ayaq üstdə (İbrahim) , 
sağ tərəfdə oturan yerdə, ikinci Nazim Mustafa


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
51
yaxın dostlarından biri, ilk dəfə gördüyüm Mahir Qabiloğlu
həmin gecə şux zarafatları ilə “avtonom” məclisi ələ almışdı.
Həmin toyda Mahirlə İbrahimin ayaq üstə duraraq birgə çək‑
dirdiyimiz şəkil məncə, İbrahimin ən yaxın dostlarının əksə‑
riyyətinin cəm olduğu yeganə şəkildir. 
Son vaxtlar az‑az rastlaşırdıq. İbrahimin Sumqayıt Dövlət
Universitetinə prorektor təyin edilməsindən xəbərim yox idi.
Martın 14‑də fasilə zamanı idi. Mirzə Ənsərlidən zəng gəldi.
Məndən soruşdu ki, İbrahimdən xəbərin varmı. Dedim ki, yox,
xeyli vaxtdır zəngləşmirik. Dedi ki, deyirlər İbrahim xəstələ‑
nib, hələ bir redaksiyaya zəng elə. İ ifaq Mirzəbəyliyə zəng
eləyib soruşdum ki, haradasan. Dedi ki, Əmircanda, İbrahim
rəhmətə gedib, onun dəfnindəyik...
Allah‑Təala ona digər həmyaşıdlarından artıq pay ‑ qabiliy‑
yət, bacarıq, istedad vermişdi. Sanki Tanrı ona verdiyi artıq
payın əvəzini onun ömründən kəsməklə əvəzini çıxdı. İbrahi‑
min taleyi tez parlayıb, tez sönən ulduzların taleyinə bənzəyir. 
Hər dəfə İbrahimin şəkillərinə baxanda onda necə böyük
həyat eşqinin olduğunu görürsən. Onun yoxluğuna inana bil‑
mirsən. İbrahimin xüsusi intonasiya ilə tez‑tez işlətdiyi “qadan
alım” sözləri daim qulaqlarımda səslənir. İbrahim maddi dün‑
yanı cismən tərk etsə də, o, ürəklərdə, qəlblərdə yaşayır. 
Allah‑Təala İbrahimin elədikləri yaxşılıqların əvəzini onun
gül balalarının qismətinə yazsın! 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
52

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin