A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
44
masından, böyüyün – kiçiyin yerini bilməsindən irəli gəlirdi.
İbrahim müəyyən müddətdən sonra iş yerini dəyişmişdi. –
O, “Xalq” qəzetində işləyirdi.
Bir dəfə bizim qonşu İrəvan yaxınlığındakı Zəngibasar ra‑
yonunun Zəngilər kəndindən olan bir dostum mənə dedi ki,
oğlum ADU‑nun Litoqrafiya ixtisası üzrə təhsil alır, onu bir
özəl qəzetin redaksiyasına düzəltmək istəyirəm. Dedim ki,
“Xalq”
qəzetində bir dostumuz var, ona deyim, imkan daxi‑
lində ona kömək edəcək. Soruşdu ki, nə vaxt gedək? Dedim,
elə indi, bu saat. İbrahim onu yanında işə götürdü, təkmilləş‑
dirdi, indi də həmin oğlan “Xalq” qəzetində işləyir.
Bir dəfə İbrahim mənə dedi ki, Əsgər müəllim,
ingilis dilini
öyrənmək istəyirəm, mənə yaxşı bir müəllim lazımdır. Cavab
verdim ki, problem deyil. Mən üç il yarım ali məktəbdə dərs
dediyim, həm savadına, həm də səmimiyyətinə inandığım, ha‑
zırda ADU‑da birlikdə işlədiyimiz Elnarə Məmmədova ilə İb‑
rahimi tanış etdim. Elnarə həmişə məni görəndə İbrahimin
mədəniyyətindən, qabiliyyətindən, əsl kişilərə məxsus xarak‑
terindən ağızdolusu danışırdı. İbrahim də onun savadından,
səmimiliyindən ağızdolusu danışırdı.
İbrahim “Xalq” qəzetində işlədiyi müddətdə mənim bu qə‑
zetdə yazılarım gedib, bəzən də mənim kitablarım, özüm haq‑
qında resenziyalar, məqalələr dərc olunubdur. Hər dəfə “Xalq”
qəzetinə, İbrahimin yanına gedəndə,
onun işlədiyi otağa daxil
olanda tez ayağa qalxıb, irəli gəlib, öpüşüb‑görüşər, yer göstə‑
rər, çay təşkil edib, şirin söhbətə başlardı. Həmişə söhbətimiz
xeyli çəkərdi. Özünəməxsus qəhqəhəli, şən gülüşü vardı.
Geniş dünyagörüşə malik idi.
İbrahimlə bağlı
görüşlər, xəbərlər çox olsa da, birini xüsusi
vurğulamaq istərdim. Təxminən bir il əvvəl kiçik qızım Səkinə
ADRA‑nın dissertantlığına qəbul olunmaq istəyirdi. Mötəbər
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
45
mətbuat orqanlarında təcili iki məqalə nəşr olunmalıydı. Evdə
məndən soruşulanda ki, nəşr etdirə biləcəksənmi? Gözümün
qabağına o saat iki şəxs gəldi: “Respublika” qəzetinin baş re‑
daktoru T. Əhmədov və “Xalq” qəzetinin şöbə müdiri İbrahim.
Onu da yaxşı
başa düşürdüm ki, “Xalq” qəzetinin baş redak‑
toru Həsən Həsənov da İbrahimin xatirini çox istəyir. Adətən
İbrahimə hədsiz dərəcədə inandığı üçün, onun bir sözünü iki
etməzdi. Onu da etiraf etmək lazımdır ki, baş redaktorla mü‑
nasibətimiz yaxşı olsa da, hər halda İbrahimlə olan münasibət
qədər yaxın deyildi. Nə isə, İrəvan teatrının səhnəqrafiyası ilə
bağlı iki yazı hazır oldu və dekabr ayının 15‑i, 2013‑cü il ta‑
rixdə həm “Respublika”, həm də “Xalq” qəzetində məqalələr
dərc olundu. Bəli, bir gündə iki məqalə. Burada T. Əhmədovla,
İbrahimlə yanaşı H. Həsənov və H. Musayevin xeyirxahlığını
da unutmaq olmaz.
İbrahim elə insan idi ki, həmişə ona üz tutmaq olardı. O, çox
gənc yaşından böyük nüfuz qazanmışdı.
Mərasimdə bunun
mən bir daha şahidi oldum. Bu günlərdə böyük hörmət bəslə‑
diyim professor Buludxan Xəlilov mənə zəng edib, İbrahim
haqqında kitab hazırlandığını və ora məqalə yazmalı oldu‑
ğumu bildirdikdə, artıq fikirləşmək lazım deyildi.
“Ölüm sevinməsin qoy” – bu sözlərə İbrahim daha çox
şamil edilənlərdəndir. İbrahim onu tanıyanların qəlbində, söh‑
bətlərində həmişə yaşayacaqdır. O, unudulan deyil. Ancaq nə
qədər insanların hələ onun xeyirxahlığına ehtiyacı olacaqdı.
Eramızdan əvvəl V əsrdə yaşamış yunan filosofu Menandrın
bir sözü az da olsa bizə təsəlli verir: “Allah tərəfindən sevilən‑
lər cavan ölürlər”. Görünür, İbrahim Allahın sevdiyi bəndələ‑
rindən biri idi. Bu sözlər bizə bir az təsəlli verir.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
46
Dostları ilə paylaş: