A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
70
qayıtmışdım. Redaksiyaya təzə bir işçinin – texniki direktorun
gəlməyindən artıq xəbər tutmuşdum.
Onunla ilk görüşüm də
elə kompüter mərkəzində yaddaşıma köçdü. Əl uzadaraq
nurlu çöhrəsi üzümə güldü: “Tanış olaq, İbrahim Ömərov”, ‑
deyə ədəb‑ərkanla, yaşının az olmasına baxmayaraq, əsl ziya‑
lıya xas ehtiramla özünü təqdim etdi.
Bir redaksiyada çalışdığımız neçə illər ərzində bir‑birimizi
yaxından tanıdıq. Sevincimizi paylaşmağı, dərdimizə şərik çıx‑
mağı bacardıq. Taleyin qismətindən “Xalq qəzeti”ndən “Azər‑
baycan müəllimi”nə pənah gətirəndən
sonra da əlaqələrimiz
kəsilmədi. Tez‑tez görüşə bilməsək də, bir‑birimizdən hal‑
əhval tutardıq. Hər dəfə də “özündən muğayat ol”, ‑ deyə
mənə ürək qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa
çalışsaq da, onu qoruya bilmədik.
Qısa bir ömür yaşadı İbrahim Ömərov. Lakin şərəfli
bir yol
keçdi. Bu qısa zaman kəsiyində isə qazandıqları itirdiklərindən
çox oldu.
Bir ayın tamamında idi ki, Sumqayıt Dövlət Universitetinə
prorektor təyin olunmuşdu. Dostları, yaxınları hələ ürəklə təb‑
rik etməyə macal tapmamış əcəl onun ürəyinə hakim kəsildi.
Nə edək ki, təyinatının sevincini onunla bölüşə bilmədik. Yox‑
luğu isə yaman sarsıtdı bizi. Artıq bir ilə yaxındır ki, İbrahim
Ömərov aramızda yoxdur. Nə yaxşı ki, onunla bağlı isti xati‑
rələrimiz ürəyimizə bir qədər təskinlik verir.
Həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa görü‑
şəcəyimizi TANRININ qismətinə buraxıram. Görüşənədək de‑
yirəm.
Ruhun
şad olsun, əziz dost!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
71
Dostları ilə paylaş: