Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə22/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
Ağasən Bədəlzadə,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AĞLIN ZİRVƏSİNDƏ SÖNƏN BİR ÇIRAQ
Qardaşım Buludxanın İbrahim dərdinə qoşuluram!
Ürəyi məhəbbət, mehr sərgisi,
İnsanlıq ən böyük istedadıydı,
İşıqlı zəkası Allah vergisi,
İnsanlıq qəlbinin öz icadıydı.
Kölgələr sürünür, işıq sürünməz,
Bu işıq haqqa da çatırmış demə.
Deyirlər mələklər gözə görünməz,
Belə ürəklərdə yatırmış demə!
İşıq yaradırdı o, arzularda,
O, ömründən kəsib, ömr uzadardı.
Xıdır İlyas idi çətində, darda,
İnsanın dadına necə çatardı!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
67
Səhraların qumu dönüb dağ olmur,
Dağın da qum olmaq qorxusu varmış.
Bir zərif ürəkdə, inanmaq olmur
Bəlkə bir kainat qərar tutarmış!
Bu ölüm bir haqqın məhviydi bəlkə,
Heçdən ümid verən özü heç oldu.
Çaşqın taleyinin səhviydi bəlkə,
Qayıda bilmədi, daha gec oldu.
Dərdi bir gizli dərd yürüşü idi,
Yaxşılıq eşqiyçün doğulmuş demə.
Görüşü bir bahar görüşü idi,
Gülüşü günəşdən yoğrulmuş demə.
İnsana sevgisi ömürlük oldu,
Ona min bir ümid gözünü dikdi.
İnsanlığı elə artıb yük oldu,
Ürəyə sığmadı, ürəyi çökdü.
Ölüm qısqanmırdı onu havayı,
Bu, bir görünməmiş rəqabət idi.
Payı, səxavəti Hatəmi‑Tai,
İnsanlığı ayrı səxavət idi.
Ömür baharına düşdü bir xəzan,
Ölmə də can verib, yaşatsın deyə.
Ömrü gödək olan nurlu bir insan
Öldü, öz ömrünü uzatsın deyə.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
68
Dansaq da, yansaq da, belədir həyat.
Azacıq pay verir ürəklilərə.
Allahın şöhrəti artardı min qat.
Çox ömür versəydi gərəklilərə!
Gör həyat kimindir, gör ölüm kimin?
Ömür qazanırmı hər ömür sürən?
Gücü çatmaz idi ona ölümün,
Həyat eşqi idi onu öldürən.
Beləymiş taleyin, beləymiş əmri,
Hər yanan bir ömür işığa dönməz.
Ağlın işığıyla toqquşdu ömrü,
İşığın içində işıq görünməz.
Demə sünbül yanıb, qaldı qup‑quru.
Sünbülün tutaşan küləşi vardı.
Ulduztək günəşdən almadı nuru,
Onun öz qəlbinin Günəşi vardı.
Ağlın işığından ölüm qorxaraq,
Əbədi hökmünü dandı təzədən.
Ağlın zirvəsində sönən bir çıraq,
Min‑min ürəklərdə yandı təzədən.
Ölümdən çox qabaq gəlib ömür‑gün,
Ölüm namərd oldu dünyada ancaq.
Ölüm bu dünyada öz varlığıyçün,
Həyata borcludur, həyata ancaq!
30.01.2015‑ci il 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
69

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin