Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə148/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   144   145   146   147   148   149   150   151   ...   274
Anar, Vaqif Səmədoğlu 

Tezliklə Orxan Məmmədov azad edildi. 

 

ANAR:  

İsa Qəmbəri bacarıqlı, istedadlı, savadlı siyasətçi kimi tanıyıram. Ancaq istəməzdim 

ki,  onu  hansısa  dünya  siyasətçisi  ilə  muqayisə  edim,  hələ  cavandır,  siyasi  həyatı 

qabaqdadır.  Hakimiyyətdə  olarkən  bir  çox  fikirləri,  hərəkətləri  ilə  razfılaşmırdım,qəbul 

eləmirdim. İsa bəyi çoxdan tanıyıram. 

Mən «Qobustan» jurnalında işləyəndə onun «Ocağa» yazdığı cavabı oxudum (hələ 

onda  tanış  deyildik).  Müəllifin  ağlı,savadı,  güclü  məntiqi,  vətənpərvər  ruhu  məndə  xoş 

təəsürat  yaratdı.İsə  bəylə  tanışlığım  isə  məni  qəti  bir  fikrə  gətirdi:  Onun  Azərbaycan 

siyasətində öz yeri var. İsa Qəmbər gələcəyi olan siyasətçidir. 

 «Yeni Müsavat», 30 yanvar 1995 




451 

 

 



Azərbaycan  ziyalılarının  bəziləri  belə  etiraz  forması  seçiblər  ki,    həbs  olunanların 

azadlığa  buraxılması,  qətimkan  tədbirinin  dəyişdirilməsi,  hüquqlarının  qorunması  və 

s,məsələlərlə  əlaqədar  müraciətlərə  imzalarını  qoysunlar.Demək  olar  ki,həmişə  belə 

müraciətlərin  altında  Anarın  imzası  olur.Nə  səbədən  bunu  edir?Yazıçı  bu  sualıma  belə 

cavab verdi: 

Doğrudan  da  mən  sovet  vaxtında  da,  Xalq  cəbhəsinin  hakimiyyəti  dövründə  də  

məhkum və həbs olunmuşların müdafiəsinə qalxmışam.Bunu indi də edirəm. Bəlkə də, «bu 

adamların  əksəriyyəti  siyasi  motivlərlə  deyil,cinayət  əməllərinə  görə  həbs  ediliblər» 

deyənlər  haqlıdır.Amma  mən  xatırlayıram  ki,  sovet  vaxtında  da  dissidentlər    haqqında 

məhz belə deyirdilər.Bir də ki,tarixilik hissi var - 37-ci ili unutmamışıq.Mən yazıçıyam və 

iki böyük yazıçını xatırlayıram,Onların təcrübələri mənim üçün göstəricidir.Onlarda biri  - 

Çexov deyirdi:  Qoy  lap  Dreyfus  günahkardır,Zolya  hər halda haqlıdır,çünki  yazıçının işi 

ittiham,  təqib  etmək  deyil,artıq  ittiham    olunmuş  və cəza çəkən  günahlıları belə  müdafiə 

etməkdir. İttihamçılar, proku-rorlar,candarmlar onsuz  da yetərincədir. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin