Fikrət Qoca, Çingiz Abdullayev.
Sayğıdəyər ziyalılarımızın dediyi kimi,hər şeydən üstün olan həqiqətin aydınlaşması
üçün İsa bəy də aşağıdakıları söylədi:
Fəxr eləyirəm ki,mənim müdafiə Komitəmin sədri görkəmli yazıçımız Əkrəm
Əylisli olub. Fəxr eləyirəm ki,azad olunmağımı istəyənlərin,mənə zamin duranların
sırasında görkəmli ziyalılarımız Anar, rəhmətlik Yusif Səmədoğlu, Hüseyn Abbaszadə və
digər çox hörmətli şəxslər olublar. Mən məktubda deyilən həqiqətlə tam
həmrəyəm,doğrudan da ziyalılarımız həbsdə olduğum müddətdə mənə qarşı laqeydlik
göstərməyiblər, hadisələrə aktiv münasibət bildiriblər. Eyni zamanda ondan da xəbərdaram
ki, Anar və başqa görkəmli ziyalılarımız təkcə mənimlə yox, başqa siyasi məhbuslarla
bağlı da mövqelərini bildiriblər,müraciətlər ediblər,onların azad olunmasına səy
göstəriblər.Bu səylər bəzən alınıb, bəzən də alımayıb.
«Həbsdən azad olunmağımda ziyalıların rolu danılmazdır»
«Yeni Müsavat» qəzeti 27 avqust 1999
450
Anarın şərhi: O vaxtki Baş prokurorun yanında İsa Qəmbəri zaminə götürən məhz
biz ikimiz - rəhmətlik Yusif və mən olmuşuq.Çox illər sonra rəhməlik Mürşid Məmmədli
oğlu Orxan həbs olunanda mənə müraciət etdi ki,oğlunun azad olunmasına kömək
göstərim.
Dostları ilə paylaş: |