446
Ali Sovetin sabiq sədri İsa Qəmbər avqustun 17-də həbsdən azad edilib.Tanınmış
yazıçılardan Anar və Yusif Səmədoğlu İ.Qəmbəri zaminə götürüblər
«Azadlıq»qəzeti 19 avqust
Azərbaycan Respublikası Prezidentinirn səlahiyyətini həyata keçirən
Ali Sovetin sədri Heydər Əliyevə
.
Hörmətli Heydər bəy!
Son illərdə bir-birini əvəz edən müxtəlif iqtidarların dövründə həbs olunmuş siyasi
xadimlərimizin azad olunması haqqında səlahiyyətli rəhbərlərə müraciət etmişik.İsa
Qəmğbərin həbs olunmasıyla əlaqədar olaraq Sizə müraciət etdik və qətiimkan tədbirinin
dəyişdirilməsi haqqında,istintaq müddətində İsa Qəmbərin həbsdən azad olunması
haqqında xahiş etdik.İlk dəfə olaraq sözümüz eşidildi.İsa Qəmbər öz evində,ailəsinin
yanındadır.Buna görə Sizə səmimi minnətlarlığımızı bildiririk. Bunu həm də ziyalı sözünə
hörmət,ziyalı nüfuzunu qaldıran bir hərəkət kimi qiymətləndiririk.Respublikamızın ərazi
bütövlüyü,torpaqlarımızın azad olunması uğrunda mübarizələrdə Sizə böyük
uğurlar,möhkəm can sağlığı arzulayırıq və bu böyük amalların həyata keçməsi yolunda biz
də əlimizdən gələni etməyə haşırıq.
Dostları ilə paylaş: