İsa Qəmbərin həbsdən azad edilməsi ilə əlaqədar olaraq Sizə dərin minnətdarlığımı
bildirir və nəzərinizə çatdırmağı özümə borc bilirəm ki,bu uzaqgörən və müdrik aksiyanız
Azərbayan ziyalılarının ən mütərəqqi təbəqələrində Sizin şəxsi nüfuzunuzu xeyli
artırmış,gələcək siyasi niyyətlərinizin saflığına və sağlamlığına bizim bir çoxumuzda inam
447
və ümid doğurmuşdur..Zənnimcə,siyasi bioqrafiyanızın yeni,daha yaşarı səhifəsini,Sizin
Azərbaycanın yeni həqiqətlərinə çevik reaksiyanız,obyektiv və uzaqgörən tarixi
münasibətlərinizlə yarada biləcəksiniz.Bu yolda Sizə böyük üğürlar arzulayıram.
Səmimiyyətlə
Əkrəm Əylisli
İsa Qəmbəri müdafiə Komitəsinin sədri
«Azərbaycan» qəzeti 20 avqust 1993
Cəhalət və nadanlıq əlinə odlu silah vermək ətraf üçün nə qədər qorxuludursa siyasi
mədəniyyəti,milli qeyrəti,şərəfi olmayan kəmsavadların və qələm dəllallarının əlinə söz
silahi,mətbuat orqanı vermək cəmiyyət üçün ondan yüz qat qorxulu,təhlükəlidir.
Kim əyani surətdə bu qorxunun nədən ibarət olduğunu bilmək istəyirsə «Mozalan»ı
vərəqləsin.Düzünü deyim ki,mən belə bir qəzetin çıxdığını əvvəllər də bilirdim,ancaq
oxumamışdım.Bu axır günlərdə təsadüfən «Mozalan»ın 10 sentyabr tarixli nömrəsi ilə
tanış oldum.Diqqətlə oxudum,Gördüm ki,xalqın fəxri hesab edilə biləcək Anar,Yusif
Səmədoğlu,onların valideynləri,digər ziyalılar ələ salınır,qəzet «Görəsən bunların hansı
təhlükəlidir?» sualı ilə oxucuda şübhə yaratmağa cəhd edir. Satiranı bayağı
söyüş,təhqir,söz oyunu,ədəb-ərkandan xaric ifadələr yığını kimi anlayan «Mozalan»ın
1993-cü il nömrələrini vərəqlədim.Nə görsəm yaxşıdır. 10 sentyabr nömrəsində
«Azəbaycan xalqının böyük oğlu Heydər Əliyevi və nəslini ləkələyənlərə,onlara böhtan
atanlara qarşı çıxan və guya sədaqət nümunəsi göstərmək istəyən «Mozalan» özü sən
demə bu il yanvarın 1-də çıxan nömrəsində H.Əliyevə qarşı ən azğın və məkrli böhtan və
iftira ilə dolu bir redaksiya məqaləsi dərc edibmiş.Azərbaycan xalqını,onun ziylılarının
timsalında biabır etməyi qarşısına məqsəd qoymuş parazitlərə qarşı qəti və təxirəsalınmaz
əlac tapılmalıdır.
Dostları ilə paylaş: