Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə142/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   138   139   140   141   142   143   144   145   ...   274
 

 


444 

 

Azərbaycan  Respublikası  Prezidentinin  Səlahiyyətlərini  icra  edən,  Azərbaycan 



Respublikası Ali Sovetinin sədli Heydər Əliyev cənablarına 

 

Hörmətli Heydər bəy! 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  keçmiş  sədri  İsa  Qəmbərin  həbs  olunması 

xəbərini təşviş hissiylə qarşıladıq.Mövqeyimizin tam aydın olması üçün Sizi bir sənədlə- - 

bizim,bir  neçə  ziyalının  1992-ci  ilin  oktyabr  ayında  Vaqif  Hüseynovun  həbsiylə  əlaqəlar 

olaraq Prezident Əbülfəz Elçibəyə göndərdiyimiz məktubun əsas müddəlarıyla tanış etmək 

istəyirik  

(Bu məktub əvvəlki səhifələrlə verilib - red.) 

 

Təəsüf  ki,bizi  eşitmədilər  və  indi  aydın  göründüyü  kimi  hadisələrin  gedişi 



təşvişimizin,nigarançılığımızın əsassız olmadığını təsdiq etdi. 

Amma  bu  gün  biz  «nə  tökərsən  aşına,o  çıxap  qaşığına»  prinsipiylə  yox,  «qurunun 

oduna  yaşın  da  yanacağı»  narahatçılığıyla  çıxış  edirik..1992-ci  ilin  oktyabrında  olduğu 

kimi  1993-cü  ilin  iyulunda  da  repressiyalar  kabusunu  duyuruq.  İyunun  4-də  baş  vermiş 

milli  faciə  -  Gəncə  faciəsiylə  əlaqədar  hadisələrdə  İsa  Qəmbərin  nə  dərəcədə  günahkar 

olmasını  prokuror  istintaqı  müəyyənləşdirəcək.  Amma  hələ  günahı  sübuta  yetməmiş  İsa 

Qəmbərin  -Azəbaycanın  müstəqillik  və  demokratiya  uğrunda  mübarizələrlində  böyük rol 

oynamış Xalq cəbhəsinin qurucularından və liderlərindən birinin,beynəlxalq ictimai  rəyin 

nəzərində  legitim  seçilmiş  siyasi  rəhbərlərdən  birinin  həbs  olunması  həm  ölkənin 

daxilindəki qarşıdurmanı şiddətləndirə, həm də bizi beynəlxalq aləmdə nüfuzdan sala bilər. 

Xalq  cəbhəsinin  iqtidara  gələnə  qədər  olan  xidmətlərini  də  bilirik,iqtidarda  olduğu 

zaman buraxdığı çox ciddi səhvlərini də,bu səhvlərin buraxılmasında şəxsən İsa Qəmbərin 

daşıdığı  məsuliyyəti  də.Amma  eyni  zamanda  İsanın  xalq    hərəkatının  formalaşmasında 

rolundan da xəbərdarıq,onun bədnam Zori Balayanın «Ocaq» kitabını ilk dəfə olaraq tutarlı 

elmi dəlillərlə alt-üst etməsi də yadımızdadır.Azəbaycan xalqına qarşı yönəldilmiş təxribat 

xarakterli  xarici  düşmən  çıxışlarına  məntiqi  cavablarını  də  unutmamışıq.Ümumiyyətlə 




445 

 

savadlı gənc alim və siyasətçi kimi xalqımızın mənəvi potensialına daxil olan adamlardan 



biri olduğu da danılmazdır. 

Doğrudur,  bizə  məntiqi  cavab  belə  ola  bilər  ki,hər  şeyi  istintaq  göstərəcək  və 

istintaqın  işinə  heç  kəs  qarışa  bilməz.Formal  cəhətdən  belədir.Amma,hörmətli  Heydər 

bəy,Sizin  nüfuzunuzun  və  sözünüzün  təsirini  bildiyimiz  üçün  xahiş  edirik  istintaq 

müddətində  İsa  Qəmbəri  dustaqxanadan  buraxılmasına  və  ev  həbsində  saxlanılmasına 

yardım edin. 

Belə  bir  hərəkət  iqtidara  gələnlərin  iqtidardan  gedənləri  mütləq  həbslə 

cəzalandırması  praktikasına  da  birdəfəlik  son  qoyar  və  bu  cür  yeni  demokrtik  davranış 

tərzinin əsasını də Azərbaycanda məhz  Siz yarada bilərsiniz. Müdrik və təcrübəli dövlət 

xadimi  kimi,xalqımızın  tarixində  möhkəm  yer  tutmuş  şəxsiyyət  kimi  Sizin  belə 

davranmanız  indikilərə və gələcəkdəkilərə ibrət dərsi vermiş olar.    Hər hansı siyasətçinin 

həbsi  o  şəxsi  xalqın  gözündə    bir  cəfakeş  kimi  yüksəldir,günahı  olsa  da,olmasa  da.Əgər 

günahı  varsa  -faktlar,sübutlar-dəlillər  aşkar  olanda  (gec-tez  hər  şey  aşkar  olur)  onun 

çıəkdiyi mənəvi əzab,bütün başqa inzibati cəzalardan daha ağırdır.Günahı yoxsa, onda təbii 

ki, heç bir cəzaya da ehtiyac qalmayacaq - nə mənəvi,nə inzibati cəzaya. 

Yaşadığımız  illərin  həyat  təcrübəsi,neçə  müddətdən  sonra  açılan  sənədlərin 

həqiqətləri  göstərdi  ki,  hamımız  yalnız  bu  günkü  nəsillər  deyil,gələcək  nəsillər 

qarşısında,tarix qarşısında da məsuliyyət daşıyırıq və bu  ğün atılan hər bir addımın doğru 

ya  yanlış olması uzun zamanlar keçəndən sonra  da araşdırılır və qiymətlənldirilir. 

Bizim məramımız və məsədimizin düzgün qiymətləndiriləçəyindən də əminik. Hələ 

böyük Çexov deyirdi ki, «yazıçının işi kimisə ittiham etmək,günahlandırmaq,təqib etmək 

deyil,hətta günahı olanları belə müdafiə etməkdir»  

Hörmətlə 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin