Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə138/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   134   135   136   137   138   139   140   141   ...   274
Anarın  şərhi:  Ayaz  Mütəllibovla  bağlı  iki  məsələ  isə  gerçəkdir.Onun    Azərbaycan 

KP  MK-nın  Birninci  katibi  olduğu    vaxt  «Azadlıq»  qəzeti  bir  müddət  bağlanmışdı  (tarixi 

dəqiq yadımda deyil).Mən bu barədə ona müraciət etdim, qəzetin yenidən açılmasını xahiş 

etdim. Bir müddət sonra qəzet yenidən nəşr olunmağa başladı və elə ilk nömrəsində mənim 

əleyhimə  yazı  verdi.Hansı  toplantıdasa  A.Müttəlibovla  rastlaşanda,məni  qəzetin 

açılmasıyla və əleyimə yazı verməsiylə «təbrik» etdi. «Azadlıq» qəzeti bu şanlı ənənəsini 

vaxtaşırı bu gün də  davam etdirir.Son vaxtlar demək olar ki,hər nömrəsində  mənə qarşı 

böytanlar dərc edir,bu şərəfli iş üçün xüsusi müəlliflər tutub və  məxsusi olaraq Anardan 

yazmaq  üçün  iki  ştatlı  yazar  saxlayır.  Əlbəttə  bu    gileyim  qəzetin  başqa  yazarlarına  aid 

deyil. 

İkinci  hadisə    1990-cı  il    iyun  ayında  Azərbaycan  KP  XXX11  qurultayında  baş 

verdi.Qürultayda  mən  də  çıxış  etdim,müxalifətlə  iqtidarın  dialoq  qurmasını  təklif 

etdim.A.Mütəllibov  ad  çəkmədən  bəzi  ziyalıların  ikili  mövqe  tutmasını  qınadı.  Ara-sıra 

dəyişən,bir-birinə  zidd    iqtirdarlar    ziyalıdların  məhz  onların  mövqeyində  durmalarını 

istəyirlər.Mən ikinci dəfə çıxış edərək: 

-Ziyalılarla  bu  dillə  danışmaq  olmaz  -  dedim  -  ziyalının  öz  mövqeyi  var,nə 

iqtidarın,nə müxalifətin mövqeyi ilə üsi-üstə düşməyə bilər, o müstəqildir(Ola bilsin ki,bu 

qurultayın  stenoqramlarında  var).Partiya  Qurultayları  tarixində  ilk  dəfə  idi  ki,Birinci 

katibin  sözünün  üstündən  söz  deyilirdi.Həmin  qurultayda  mən  -yenə  də  qurultaylar 

tarixində  ilk  dəfə  olaraq  seçiləcək  MK  üzvləri  siyahisinə  Akademiyanın  Prezidenti  Eldar 

Salayevin  və  «Vətən»  cəmiyyətinin  sədri  Elçin  Əfəndiyevin  adlarının  əlavə  olunmasını 

təklif  etdim.Təklifim  qəbul  olundu  və  siyahilər  yenidən  çap  edildi.Amma  insaf  naminə 

deməliyəm ki, A.Mütəllibov sonralar bir dəfə də olsun buna görə mənə irad tutmadı. 

Daha  əvvəllər,Ə.Vəzirov  Birinci  katib  olanda  Əbülfəz  Əliyev  (O  vaxt  hələ  Elçibəy 

soyadını  qəbul etməmişdi),  Nemət  Pənahov  və  Hatəmi  həbs olunmuşdu.  Ə.Vəzirova  zəng 

etdim,görüşmək  istədiyimi  dedim,  bazar  günü  məni  bağına,  Zuğulbadakı  hökümət 

iqamətgahına dəvət etdi. Həbs olunanların buraxılmasını xahiş etdim. «Sən belə mövqedə 


438 

 

dursan,  siyasətdə  iflasa  uğrayarsan(Tı  okaceşğsə  politiçeskim  bankrotom,  esli  budeşğ  na 



takoy poziüii)-dedi.-Mən siyasətçi deyiləm ki, iflasa da uğrayım. Kimin iflasa uğrayacağı 

isə tarixin işidir (Ə ne politik, çtobı poterpetğ bankrotstvo. A kto okacetsə bankrotom, delo 

istoriə) -dedim. 

Bir müddət sonra üçü də azad olundu. 

 

 



 


439 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin