Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə134/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   130   131   132   133   134   135   136   137   ...   274
ZAKİR  FƏXRİ  OLAYLARI 

 

Birdən  düşündüm  ki,  Anara  məktub  yazım,  kömək  istəyim,  məni  qurtarsın  bu 



xarabadan. Amma tez də fikrimdən döndüm,Anarla heç bir şəxsi tanışlığım olmamışdı, axı 

məni hardan tanıyacaqdı. Bir xeyli düşünəndən sonra yazmağa girişdim. Anara uzun-uzadı 

bir  məktub  yazdım,amma  nə  yazdığım  yadımda  qalmayıb.  Konvertə  güclə 

yerləşdirdim.Səhərisi  gün  onu  bir  tanış  vasitəsilə  poçtdan  yola  saldırdm.O  gündən 

başladım  cavab  gözləməyə.  Hər  poçta  gələndə  Anardan  cavab  görməyib  dilxor 

olurdum.Bir müddət keçəndən sonra nə vaxtsa cavab alacağımdan ümidimi kəsib hər şeyi 

unutdum…Yaz girmişdi. Baraka yollandım. İçəri girəndə nəzərlərim çarpayıya sataşdı,iki-

üç  məktub  gəlmişdi  mənə.  Məktubları  əlimə  götürdüm,birinin  üstündəkəki  adı  görəndə 

inanmadım.Anardan  idi.  O  məktubu  açıb  oxumağa  hələ  ki,ürək  eləmirdim,  çifir  içə-içə 

fikirləşirdim  ki,  görəsən  nə  yazıb,yəqin  yazıb  ki,taleyinə  acıdım,amma  əlimdən  heç  nə 

gəlmir, on ilin cəzasını qurtarmaq  müşkül işdi…O məktub da iki-üç saat eləcə bağlı qaldı. 

Nəhayət özümü toplayıb məktubu açdım və birnəfəsə oxuyub qurtardım.Amma sonralar o 

məktubdan  ayrıla  bilmirdim.Anarla  bir  neçə  il  məktublaşdıq.Bəlkə  məni  uzun  illər  o 

türmənin  məşəqqətləri  içində  məhv  olmaqdan  saxlay1an  bir  söykənəcək  elə  o  məktublar 

idi… 

 

Salam Zakir! 



Məktublarının  hamısını  və  rəhm  ərizəni  almışam.  Ərizənin  sürəti  mənə  çatandan 

sonra  Ali  Sovetə  qəbula  getdim.  Orada  ən  yüksək  səviyyədə  görüşlərim,  sənin  barəndə 

ətraflı  söhbətlərim  oldu,savadlı,ziyalı,qələmli  bir  adam,həm  də  gənc  olduğun  barədə, 

cinayətin təsadüfi,sadəlövhlük nəticəsində baş verməsi barədə danınışdım. Sənin taleyinə 

tam bir həssaslıqla və anlaşıqla yanaşdılar.Amma sənin ittiham olunduğun məsələyə indi o 

qədər ciddi əhəmiyyət verirlər ki, heç olmasa cəza müddətinin yarısı keçməyincə heç bir 

rəhmdən,əhvdən  söhbət  ola  bilməz.  Bu  məsələni  yalnız  təxminən  il  yarmıdan  -  iki  ildən 

sonra  qaldırmaq  real  olar.  O  zaman  deputat  yazıçılarımızdan  biri  məsələ  qaldırarsa  Ali 




431 

 

Sovetin  komissiyası  cəzanı  azalda  və  səni  tamam  əhv  edə  bilər.  Sənə  xoş  günlər 



arzulayıram, Bakıda görüşəcəyimizə möhkəm inanıram. 

Anar  

2 aprel 1978 

 

Sənin  məktubunu  və  teleqramını  aldım.  Atamın  adına  yazdığın  məktubu,  üstünə 



atamın da məktubunu qoyaraq Alit Sovetin şöbəsinə təqdim etdim. Atamın Qurğan Xəlilov 

yoldaşın  (o vaxt  Ali Sovetin  Rəyasət  Heyətini sədri  idi    -  -red.)  adına  yazdığı  məktubun 

surətini  sənə  göndərirəm.  Təzə  bir  şey  bilən  kimi  sənə  xəbər  verəcəyəmAllaha 

təvəkkül.Təki hər şey yaxşı olsun. 



Anar  

3 dekabr 1980 

 

Əzizim  Zakir!  Sənin  yeni  ilini  təbrik  edirəm.  Təki  bu  il  sənin  xoş  müjdələr  ilin 



olsun.    Ümidvaram  ki.elə  də  olacaq.Ali  Sovetdən  öyrəndim  ki,bütün  sənədlərin  çatıb  və 

bütün  lazımı  sənədləri  də  əlavə  edərək  Ali  Məhkəməyə  və  Prokurorluğa  göndəriblər. 

Süleyman Rüstəmlə(o vaxt Ali Sovetin sədri idi) də danışmışam,sənin işini ona ətraflı nəql 

etmişəm.O da söz verdi ki,komissiyada səni müdafiə etsin.Elə bilirəm ki,bu iş müsbət həll 

olunar.  Yeni ildə sənə və ailənə bir daha xoş sevincli görüş,birgə səadət arzulayıram 

Anar 

30 dekabr 1980 

  

(Şair  Zakir  Fəxrinin  «Xəzər»  dərgisində  çap  etdiydiyi  «Dustaqxanadan 

dustaqxanaya» adlı məhbəs xatirələrindən.Anarın məktubları da həmin yazıdadır.) 

Rəsul Rzaya məktub yazdım.Nə yazdığımı sonralar da xatırlaya bilmirdim. 

Sonralar  Anar  danışırdı  ki,atam  o  məktubu  oxuyub  möhkəm  təsirlənmişdi.Evin 

içində  gəzib  hey  deyirdi  ki,Zakiri  ordan  çıxartmaq  lazımdır.Mənim  taleyimdə,azadığa 

çıxmağımda  Anarın  böyük  rolu  oldu.Anar  mənim  son  ümid  yerimiydi.Düz  il  yarım  Ali 



432 

 

Sovetdə  mənim  məsələmlə  bağlı  çalışdı.Onun  fəaliyyəti  sayəsində  mən  5  ildən  sonra 



azadlığa  buraxıldım.Anarın  sayəsində  bir  neçə  adam  azadlığa  buraxılıb,ancaq  nədənsə 

sonralar həmin adamlar Anarın zəhmətini unutdular 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin