AZƏRBAYCAN RESPBŞLİKASININ HƏRBİ KOMİSSARI
GENERAL-MAYOR M.Q.QULİEVƏ
Hörmətli yoldaş M.Q.Quliyev! 1948-ci il təvəllüdlü Nəcəfov Rəhman Bəylər oğlı
«Qobustan» incəsənət toplusunun ştatdankənar müxbiri işləyirdi.Bu vaxt ərzində o özünü
intizamlı
və
qabiliyyətli
işçi
kimi
göstərmiş,kollektivin
hörmətini
qazanmışdır.R.Nəcəfovun Sovet Ordusu sıralarında xidmətdən boyun qaçırması
kollektivimizi sarsıtdı.Toplunun Baş redaktoru R.Nəcəfovun 26 Bakı Komissarı rayonu
Xalq məhkəməsində məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə R.Nəcəfovu 2 il həbs
cəzasına məhkum edib.Məhkəmə qərarı «Qobustan» kollektivində müzakirə edilib.Çıxış
edənlər R.Nəcəfovun hərəkətini kəsgin tənqid etdilər.Amma bununla belə bütün çıxışçılar
yekdilliklə bu fikirdə oldular ki, indiyə qədər R.Nəcəfovun heç bir naqis hərəkəti olmayıb,
onun bu hərəkətini də cinayət deyil,vecsizlik və məsuliyyətsizlik saymaq olar.
R.Nəcəfovun 13 nəfər ailə üzvündən əksəriyyəti yetkinlik yaşına çatmayıb. Bunları və
toplu kollektivinin öz gücüylə V,Nəcəfovu tərbiyə etməyi boynuna götürməsini nəzərə
alaraq Ali Məhkəmə qarqısında məsələ qaldırıb hökmün dəyişdirilməsini,yəni
R.Nəcəfovun azadlıqdan mərhum olunmamasını xahiş etmişik.Bu vəsadətlə kollevtivimiz
Ali Məhkəməyə müraciət edib.
Yoldaş Komissar! Kollektivimiz adından Sizdən də xahiş edirik ki,növbəti çağırışda
vətən qarşısında borcunu ödəmək üçün R.Nəcəfovun Ordu sıralarıda xidmət etməsinə
imkan verəsiniz.Onun həbs olunmaması üçün Ali Məhkəməyə müraciət etmənizi xahiş
edirik.
«Qobustan» Toplusunun kollektivi adından
Baş redaktor Anar Rzayev
14 oktyabr 1974
Anarın şərhi. R.Nəcəfov o vaxt ilk şeirlərini çap etdirmiş,sonralar istedadlı şair
kimi tanınmış Rəhman Babaxanlıdır. Başına bu iş gələndə mənə müraciət etdi.Onu
429
həbsdən qurtarmaq üçün Ali Məhkəmənin sədri Abdulla İblrahimovun qəbuluna getdim.
Yazılarıma maraq göstərdiyinə görə və əsl ziyalı, humanist insan olduğu üçün Abdulla
müəllim məni eşitdi. Rəhman iki illiyə məhbəsə yox,ordu sıralarına getdi.
|