1990-cı ilin Qara Yanvar hadisələrindən sonra Xəlil Rza həbs olunarkən dərhal
həbs olunmuş Etibar Məmmədovun istintaq işi barədə SSRİ DTK sədri V.Kryuçkova,daha
sonra isə SSRİ Baş Prokuroru Suxareva məktublar göndərib və cavab alıb.Bu məkutblaşma
433
AZƏRBAYCAN YAZIÇILAR İTTİFAQINDA
Azərbaycanın sevimli şairi Xəlil Rza yeddi aya yaxındır ki,həbsdədir.Bütün həyatı
və yaradıcılığı boyu xalqlar arasında qardaşlığı və dostluğu tərənnüm edən humanist şairi
zindana salmışlar.Qeyd edilməlidir ki,Xəlil Ra həbs olunduğu ilk gündən
AzərbaycanYazıçılar İttifaqının katibliyi şairin taleyinə biganə qalmamışdı,Azərbaycan
SSR v SSRİ -nin bir çox yüksək vəzifəli şəxslərinə müraciətlər etmişdir.Lakin bu
müraciətlərə ümidverici cavablar alınmasına baxmayaraq Xəlil Rza bu günədək
həbsdədir.Xəlil Rzanı xilas etmək,o,həbsdən azad olunana qədər ardıcıl iş görmək üçün
Azərbaycan Yazıçılar İttifaqında yaranmış «Xəlil Rzanı müdafiə komitəsinə» ədəbiyyat və
incəsənət xadimləri, hüquqşünaslar və həkimləp daxildirlər. «Xəlil Rzanı müdafiə
komitəsi»nin avqustun 22-də keçirilən iclasında X.Rzanı azad etmək üçün səlahiyyətli
orqanlara müraciət qəbul edilmişdir.
«Ədəbiyyat və incəsənət» qəzeti. 24 avqust 1990
Dostları ilə paylaş: