Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə137/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   133   134   135   136   137   138   139   140   ...   274
Firəngiz Ulutürk 

 

 



 


435 

 

XƏLİL RZA ULUTÜRK: «ANARIN GƏLİŞİ MƏNİM ÜÇÜN 



AZƏRBAYCANIN GƏLİŞİ VƏ AZADLIQ  DEMƏKDİR»… 

 

Konvoy  qabağında  mıüstəntiqim  Aleksandr  Qubinskinin  hüzuruna  gəlirəm. 

Salamlaşırıq.Qarşıma bir stəkan çay,iki konfet qoyub deyir: 

-İndicə Anar zəng eləmişdi,Sən çayını içincə gəlib çıxar.   

Sevincimin yerini möhkəmləndirmək üçün: 

-Hansı Anar?-soruşuram.Mənim qardaşım oğlunun da adı Anardır. 

-Yox-deyir  -Sizin  Yazıçılar  Birliyinin  sədri,  məşhur  yazıçı,SSRİ  Ali  Sovetinin 

deputatı Anardan söhbət gedir. 

Sevincimin yeri  möhkəmlənir və birdən-birə bu geniş salon,ağ,ipək pərdəli hündür 

pəncərələri  günəşə  açılmış,küncündə  yamyaşıl    palma  dibçəyi  qoyulmuş  böyük 

otaq,tavandan  asılan  büllür  çılçıraq  nəzərimdə  bir  az  da  şəfəqlənir.Dizlərimə  taqət, 

gözlərimə işıq gəlir,Az ala qışqırıram ki,Anarın gəlişi mənim üçün Azərbaycanın gəlişi və 

Azadlıq  deməkdir.  Çox  istəyirəm  bu  yazıçını.Əvvəla  parlaq  şəxsiyyətinə,insani 

fəzilətlərinə,ikincisi sənətkar gücünə görə! 

Mən bu düşüncələr içində ikən addım səsləri eşidilir,qapını açıb böyük salona qədəm 

qoyan və sürətli addımlar ilə gələn Anarımızdır.Qalxıram.Qucaqlaşıb öpüşürük.Və üz-üzə 

əyləşirik. O,pəncərə tərəfdədir.Mən də Anarla və günəşlə göz-gözə  

(«524-ci qəzet»  14 mart 2003) 

 

Etibar  Məmmədov:Belə  görüşlər  olurdu,icazə  verirdilər.Ancaq  lap  təzə  vaxtlarda 



yazıçı Anar mənimlə görüşmək istəmişdi, qoymamışdılar.  

(«Yeni Müsavat» qəzeti 20 yanvar 2002) 

 

Xalq Cəbhəsinin rəhbərlərinə,Azərbaycanın xalq deputatlarına, «Azadlıq» qəzetinin 



əməkdaşdlarına  və  mitinqə  toplaşan  başqa  vətəndaşlara  qarşı  törədilən  zorakılıq 

hərəkətlərindən  hiddətlənir,bu  hərəkətləri  qətiyyətlə  pisləyirəm.Sözə,fikrə,əqidəyə  qarşı 




436 

 

dəyənklə  çıxmaq  -  biabırçı-lıqdır.Deputat  toxunulmazlığına  təcavüz  -  qanunsuzluq-



dur.Zorakılıq -- kimlər tərəfindən törədilməsindən asılı olmayaraq -fitnəkarlıqdan başqa bir 

şey  deyil.Bu  gün  xalqımız  tariximzin  ən  çətin,ən  təhlukəli  günlərini  yaşayarkən 

Azərbaycanımızın adına ləkə salan hər hərəkət yalnız düşmənlərimizin xeyrinədir.İnanıram 

ki,qanunsuzluğun səbəbkarları məsuliyyətə cəlb olunacaq. 



Anar 

Azərbaycan Yazıçılar Birliyinin sədri 

24  avqust 1991 

«Azadlıq» qəzeti 30 avqust 1991 

  

Hörmətli redaktor! 



Qəzetinizin  1992-ci  il  2  dekabr  nömrəsində  əməkdaşınız  Elçin  Sabiroğlunun 

mənimlə müsahibəsi dərc olunub.Müsahibim dediklərimi oxuculara əsasən düzgün çatdırsa 

da,iki yerdə qeyri-dəqiq ifadələr işlədib,yəni mənim adımdan mənim  demədiklərimi yazıb. 

Müxbirin  Ayaz  Mütəllibov  haqqında  sualına  cavab  olaraq  mən  guya  «Ayaz  Mütəllibovu 

tanımıram»  -  demişəm.Mən  belə  deməmişəm  və  deyə  də  bilməzdim,çünki  Ayaz 

Mütəllibovu tanıyıram. 

Dünən  tanıdığımı  bu  gün  tanımamaq  adətim  deyil.İkinci  qeyri-dəqiq  ifadəyə  görə 

mənim Xəlil Rzanın və Etibar Məmmədovun həbsdən buraxdırılması haqqında xahişlərimə 

cavab olaraq guya Ayaz Mütəllibov: «Axı siz bunlarda nə görmüsünüz?» deyib.Mən onun 

adından belə söz deyə bil məzdim,çünki Ayaz Mütəllibov mənə belə söz deməyib. 

Daldan atılan daşın topuğa dəydiyini bildiyim üçün və «yıxılana balta çalmaq» əxlaq 

prinsiplərimə zidd olduğu üçün istəyirəm ki,nə dediyim və nə demədiyim oxuculara dəqiq 

çatdırılsın, 

Hörmətlə 



Anar 

10 dekabr 1992 

 («Azad Azərbaycan» qəzeti 16 dekabr 1992)  



437 

 

 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin