Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


«KEÇMİŞİN TƏKRAR OLUNACAĞINDAN QORXURAM»



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə139/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   135   136   137   138   139   140   141   142   ...   274
«KEÇMİŞİN TƏKRAR OLUNACAĞINDAN QORXURAM» 

 

Azərbaycanın  görkəmli  yazıçısı  və  ictimai  xadimi  Anarın  Respublika  Prezidenti 



Əbülfəz  Elçibəyə  məktubunun  ana  xəttini  bu  sözlər  təşkil  edir.Yazıçının  Prezidentə 

müraciətində deyilir: 



Hörmətli Əbülfəz bəy! 

Cəmiyyətimizin,müstəqil dövlətimizin,hamımızın gələcəyi üçün çox ciddi bir məsələ 

ilə əlaqədar olaraq Sizə müraciət edirəm. 

Sizinlə  mən  yaşıdıq  -hər  ikimiz  1938-ci  ildə  anadan  olmuşuq.Talelərimiz  müxtəlif 

olsa  da  eyni  bir  mühitdə-  yəni  37-ci  il  repressiyalarının  vahiməsi  insanların  canından 

çıxmadığı illərdə böyümüşük.Uşaqlığımız,yeniyetməliyimiz daimi təhlükəylə, nigaranlıqla 

dolu  bir  havada  keçib.Bu  vahiməni  mən  hələ  1968-ci  ildə  çap  etdirdiyim  «O  gecənin 

səhəri» hekayəsində,1958-ci ildə yazıb 1989-cu ildə çap etdirə bildiyim «İztirabın vicdanı» 

hekayəsində,bir  sıra  başqa  yazılarımda  əks  etdirməyə  çalışmışam.  Bu    vahiməli  mühitlə 

barışmazlıq  Sizi  siyasi  mübarizəyə  sövq  edib  və  özünüz  də  repressiyalara  məruz 

qalmısınız. 

Az  çox  nüfuza  və  imkana  malik  olduğum  vaxtlardan  bəri  mən  həmişə  tutulanlara 

kömək göstərməyə çalışmışam. Sizi və Nemət Pənahovu Vəzirov vaxtında həbs etdikləri 

zaman  mən  onun  yanına  getim  və  buraxılmanız  haqqında  israrla  xahiş  etdim.SSRİ  Ali 

Sovetinin  deputatı  olduğum  zaman  Etibar  Məmmədovun,  Rəhim  Qazıyevin  və  Xəlil 

Rzanın buraxdırılması haqqında dəfələrlə yazılı və şifahi şəkildə Mütəllibova və Krüçkova 

müraciət  etdim.  Müraciətlərimin,  məktbuların  və  aldığım  cavabların  surətləri  arxivimdə 

durur.  Güman  edirəm  ki,  məhbusların  azad  olunmasında  az-çox  mənim  də  rolum  olub. 

Bilirəm ki,indi Sizin siyasi görüşləriniz onlarla fərqlidir, amma o zamanlar eyni əqidənin 

mücahidləri  idiniz.Mən  də  o  vaxt  baxışlarımızın  uyuş-mamasından  asılı  olmayaraq 

xalqımın evladlarını azadlıqda görmək üçün əlimdən gələni edirdim. 

Nemət  Pənahovu  bir  çox  çıxışlarıni,o  cümlədən  ziyalılarımız  haqqında  kobud 

bəyanatlarını  qətiyyətlə  pisləyirəm.Sizin  haqqınızdakı  iftiralarını  rədd  edirəm.  (Hələ 



440 

 

Türkiyədəki  çıxışlarında  şəxsən  mənə  qarşı  hücumları  bir  yana  dursun).  Amma  bu  gün 



mən Nemətin demokatik əqidələrə sadiq olmaq istəyən bir quruluş tərəfindən tutulmasını 

qətiyyən qəbul edə bilmirəm. 

Eyni sözləri uzun illərdən bəri, hələ  «Molodej Azerbaydcana» qəzetindən tanıdığım 

Vaqif  Hüseynovun  tutulması  barədə  də  deyə  bilərəm.  Vaqifi  düşünən,  ləyaqətini  həmişə 

saxlamağı bacaran,savadlı bir Azərbaycan ziyalısı kimi tanıyıram. Çaykəndin alınmasında 

xidmətlərindən xəbərdaram. Bir müddət KQB kimi qorxunc və məkrli təşkilatda işləməsi 

Vaqifin  bəlkə  də  ən  böyük  faciəsidir.  Onun  son  bəyanatlarındakı  bəzi  müddəaları  yersiz 

saysam da qanlı yanvar müsibətində günahkar olduğuna inana bilmirəm.Əvvəla ona görə 

ki,Vaqifin xalqı necə sevdiyinə və onun taleyinə necə məsuliyyətlə yanaşmasına bələdəm. 

İkincisi  də  ona  görə  ki,keçmişin  təkrar  olunacağından  qorxuram.Axı  30-cu  illərdə 

tutulanların  günahı  haqqında  da  heç  kəs  heç  nə  bilmirdli,  amma  təhlukəli  bir  psixoloci 

duyum  insanlara  hakim  kəsilmişdi:günahı  olmasaydı  tutmazdılar  -deyə  düşünürdülər. 

Yalnız  otuz-qırx  il  keçəndən  sonra  tutulanların,necə  deyərlər,sümükləri  də  çürüyən-dən 

sonra aşkar oldu ki, heç bir günahları yoxmuş. Ailələri, evladları,yaxınları isə otuz-qırx il, 

yəni  bütöv  bir  insan  ömrünü  damğayla  yaşadılar.  Odur  ki,müstəqil  və  demokratik 

Azərbaycanın  ilk  addımlarını  atdığı  vaxt  yenidən  siyasi  repressiyalara  meyl  -  çox  xatalı 

meyldir.Repressiyalar  bir-iki  adamdan  başlanır,sonra  labüd  bir  məntiqlə  yüzlərə,  minlərə 

keçir və tutulanların yalnız özləri yox, ailələri, yaxınları bədbəxt olur. Vahimə xofu tüstü 

kimi  bütün  cəmiyyəti  bürüyuür,bütün  xalqı  bir  növ  gözüqıpıq  edir.  Tarixdən  bunu  yaxşı 

bilirik. Və onu da bilirik ki,repressiyaların məntiqi - məntiqsizlikdir. 37-ci ildə «Oxu tar» 

şeirinin müəllifi Müşviq də məhv oldu,tarı qadağan edən Mustafa Quliyev də,böyük Cavid 

də,ona  qan  udduran  bolşevik  tənqidçilər  də,müsavatçı  Cavad  da,müsavatı  yıxan 

kommunistlər  də…Siz  məndən  də  yaxşı  bilirsiniz  ki,demorkratiyanın  ilkin  şərti  siyasi 

rəqiblərə  dözümlü  münasibətdir.Yəni  iqtidarda  bu  gün  bir  partiya,sabah  başqası  ola 

bilər,amma siyasi rəqabətin məhbəslərlə  nəticələnməyəcəyi bütün siyasətçilərə bu sarıdan 

qarantiya,zəmanət  verməlidir.Əks  halda  repressiyaların  alovu  zaman-zaman  hamını 

yandırıb  kül  etməyə,bütün  cəmiyyəti  mənən  şikəst  etməyə  qadirdir.Bütün  bunları  nəzərə 



441 

 

alaraq  Vaqif  Hüseynovun  və  Nemət  Rənahovun  talelərində  xeyirxah  rol 



oynayacağınıza,onsuz 

da 


min 

əzaba 


məruz 

qalmış 


xalqımızın 

içəridən 

parçalanıb,oğullarının bir-birinə qanlı düşmən kəsiləcəyinə yol verməyəcəyinizə inanıram. 

Hörmətlə 



Anar  

10 noyabr 1992 

(«Xalq qəzeti» 19 noyabr 1992)      

 

Bu  məsələylə  əlaqədar  Azərbaycanın  bir  neçə  görkəmli  ziyalısı  da  Prezident 



Ə.Elçibəyə müraciət etmişdir.Müraciətdə deyilir: 

Bizə  elə  gəlir  ki,Vaqif  Hüseynovun  həbs  olunması  təsadüfü  bir  epizod 

deyil,cəmiyyət  məqsədyönlü  siyasi  kampaniyayla  qarşılaşır.Stalin  terroru  dövründə  

Azərbaycan  ziyalıları    ağır  itgilərə  məruz  qaldı,sağalmaz  yaralar  aldı.İndi  başlanan 

repressiyalar kompaniyası yeni təqiblər dalğasına,insan haqqalarını tapdalayan bir recimin 

bərpasına və nəticə etibariylə milli qarşıdrmaya aparan təhlükəli yolun əvvəli deyilmi?Bu 

məktubda  söhbət  yalnız keçmiş  DTK  sədri  V.Hüseynovdan  getmir.Söhbət həm  də  indiki 

özbaşınalığın qurbanlarından və ola bilsin ki,yaxın gələcəkdə bizim özümüzdən və Sizdən 

gedir.Söhbət prinsipdən gedir.        

Respublika  Prezidentinə  yazılı  muraciət  edən  Anar,Maqsud  və  Rüstəm 

İbrahimbəyovlar,  Yusif  Səmədoğlu,  Fərhad  Bədəlbəyli  və  başqaları  son  vaxtlar 

respublikada  insan  hüquqlarının  pozulması  faktlarından,  jurnalistlərin  döyülməsindən, 

millət  vəkil-lərinin  həbsə  alınmasından,  mənzillərindəki  axtarışlardan  və  s.  narahat 

olduqlarını  bildirmişlər.Müraciətdə  deyilir:  «Azərbaycan  ziyalıları  həmişə  siyasi 

baxışlarından  asılı  olmayaraq  hər  bir  insanın  hüquqlarını  müdafiə  etmişlər.  Demorkatik 

hərəkət liderlərinin yaxın keçmişdə təqibləri zamanı da belə olmuşdu, Bu prinsiplərə biz bu 

ğun də əməl etmək fikrindəyik» 



442 

 

Müraciəti  imzalayanları  respblika  Prezidenti  Ə.Elçibəy  qəbul  etmişdir,  onların 



narahatlığını  başa  düşmüş,məsələnin  ədalətli  həll  edilməsinə  təsir  göstərəcəyinə  söz 

vermişdir»  




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin