Sənə bir qədər qeyri-adi xahişlə müraciət edirəm.Məsələ ondadır ki,bizim istedadlı
gənc kinorejissorlarımızdan birinin - Ruslan Şahmaliyevin başı bəladadır.Bu hadisə
Türkmənistanda baş verdiyi üçün sənə müraciət edir və xahiş edirəm kömək göstərəsən.
Bizim studiyamızda bir neçə maraqlı film çəkmiş R.Şahmaliyev,müvəqqəti olaraq
Moskvaya köçmüş və artıq bir neçə ildir ki,Mərkəzi Televiziyada işləyir.Sizin
respublikanızın sifarişiylə Türkmənistanda film çəkirmiş.Təfərrüatını yaxşı bilmədiyimiz
427
qəza baş vermişdir.Operator Y.Vaqanovun həyatı qırılmışdır. R.Şahmaliyev istintaqa cəlb
olunmuşdur.
Azərbaycan kino işçiləri mənə müraciət edərək R.Şahmaliyevi çox abırlı adam
kimi,qəsd-qərəzlə heç bir naqis hərəkət etməyəcək şəxs kimi, gələcəyinə böyük ümidlər
bəslənilən gənc kinorejissor kimi səciyyələndirirlər.Bir gəncin həyatına son qoymuş
faciəvi hadisə nəticəsində başqa bir gəncin - - R.Şahmaliyevin də həyatı məhv
olmamalıdır.
Xahiş edirəm bu faciəvi hadisəylə maraqlan, R.Şahmaliyevin taleyində xeyirxah
iştirakını əsirgmə.Bu məsələnin həllində onun gənc olması,sənətimizə çox fayda verə
biləcəyi, istetadı nəzərə alınsın.Səmimi hörmətlə
Sənin
Dostları ilə paylaş: