Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN BƏYANATI



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə127/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   123   124   125   126   127   128   129   130   ...   274
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN BƏYANATI 

 

Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı barədə xəbərlər son zamanlar 



gündəmdə  geniş  yer  tutur.Bu  xəbərlər  Türkiyə  və  Azərbaycanın  milli  təəssübkeşlik 

mövqeyində dayanan digər ictimai qurumlar kimi, Azərbaycan Yazıçılar Birliyini də ciddi 

şəkildə narahat etməkdədir. 

Azərbaycan  Yazıçılar  Birliyi  olaraq,bəyan  edirik  ki,öz  işğalçı  mövqeyindən  və 

qondarma  «soyqırımı»  iddiasından  əl  çəkməyən,zəbt  etdiyi  Azərbaycan  torpaqlarını 

boşaltmaqdan  boyun  qaçıran  Ermənistanla  sərhədlərin  açılmasına  dair  ən  xırda  ehtimal 

belə  bizi  dərindən  qayğılandırır.Azərbaycan  Yazıçılar  Birliyi  belə  bir  ehtimalın 

gerçəkləşməsinin  türk  xalqınınm  milli  maraqlarına  və  ümumən  Türk  dünyasının 

mənafeyinə kökündən zidd bir hal kimi dəyərləndirir. 

Hesab  edirik  ki,on  minlərlə  türkün  qanını  axıtması  ilə  öyünən  erməni  rejiminə 

münasibətdə  birtərəfli  qaydada  güzəştli  davranış  türk  millətinin  tarixi  ənənələrinə  və 

mənəvi dəyərlərinə sayğısızlıq olar. Eyni zamanda belə bir addımın atılması «bir millət-iki 

dövlət» prinsipi ilə ifadə olunan doğma münasibətlərə,ictimai təmaslara mənfi təsir göstərə 

bilər. 


Biz - Azərbaycan yazıçıları hesab edirik ki, indiki şəraitdə Ermənstanla sərhədllərin 

açılması Türkiyə ilə ğarşılıqlı qardaşlıq münasibətlərimizə ciddi zərbə vura bilər. 

Bütün  bunları  nəzərə  alaraq,Türkiyə  hökumətinin  daha  həssas  və  diqqəti 

davranaqacağına, sonda Türk dünyasının ümumi  mənafyinə və maraqlarına uyğun addım 

atacağına ümidvar olduğumuzu bəyan edirik. 

Bakı, 6 aprel 2009-cu il 

«Ədəbiyyat qəzeti» 10 aprel 2009 

 

2009-cu  il  oktyabrın  19-a  Almaniyada  bir  araya  gələn  Türk  dünyasının  şair  və 



yazıçıları Anarın təşəbbüsüylə bəyanat veriblər.Bəyanatda Azərbaycan bayrağının Bursada 

keçirilən  Türkiyə-Ermənistan  futbol  oyununa  buraxılmaması  pislənir  və  FİFA-ya  etiraz 




413 

 

edilir:  Biz türk  dünyasının  şair  və  yazıçıları,  FİFV-nın  irqçi  erməni lobbisinin  təzyiqi ilə 



qəbul  edilmiş  çirkin  qərarına  qəti  etiraz  edir,    azərbaycanlı  qardaşlarımızı    öz  haqlı 

mübarizələrində  dəstəkləyir,onların  yanında  olmağımızı  dünya  ictimaiyyətinə 

bildirməkdən qürur duyuruq. Dünyada ilk dəfə FİFV belə qərəzli və irqçi qərar qəbul edib. 

Bu  qərarı  təkrarən  qınayır  və  ermənilər  tərəfindən  işğal  olunmuş  Qarabağın  azad 

edilməsiniı tələb edirik. 

 Bəyanıtı Azərbaycan Yazıçılar Biriliyinin sədri Anar,Yavuz Bülənt Bakülər, Orxan 

Aras,  Avrasiya  Yazarlar  Birliyinin  sədri  Yakub  Dəliöməroğlu,  Kərkük  vəqfinin  başqanı, 

professor Sübhü Saatçı və başqaları imzalayıblar. 

 

 «Hissləri ilə hərəkət edənləri bir daha düşünməyə çağırırıq»    



  

Almaniyada  səfərdə  olan  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,yaşıçı  Anar  və 

Birliyin  Avropa  bürosunun  rəhbəri,yazar  Orxan  Aras  son  vaxtlar  Türkiyə  və  Ermənistan 

arasında  baş  verən  yaxınlaşma  ilə  bağlı  bəyanat  yayıb.Bəyanatda  deyilir:  Türkiyə  - 

Ermənistan  futbol  matçından  sonra  baş  verən  hadisələr,iki  ölkənin  birgə  barış  protokolu 

imzalaması  torpaqlarını  itirmiş  bir  xalqın  nümayəndələri  kimi  bizi  çox  əndişələndirdi. 

Türkiyə-Azərbaycan  dostluğunu,  qardaşlığını  qısqanan  və  bunu  düşmənçiliyə  çevirmək 

istəyən bəzi çevrələr var.Və bu çevrələr baş verənləri qabardaraq iki qardaş ölkənin arasını 

vurmaq, milli duyğuları zədələmək üçün var gücləri ilə çalışırlar. 

Bu səbəbdən də biz xalqımızı xəbərdar edir və hissləri ilə hərəkət edənləri bir daha 

düşünməyə çağırırıq. Azərbaycanın sinəsində yatan türk şəhidlərinin məzarları üzərində və 

digər  yerlərdə  dalğalanan  türk  bayraqları  bizə  əmanətdir.  Onları  öz  bayrağımızdan 

ayırmamalıyıq. Bayraqlar əsla siyasətçilərin yanlış hərəkətlərinin qurbanı olmamalıdır, bu 

səbədən də xalqımızın həssas davranacağına,milli duyğuları göz bəbəyi kimi qoruyacağına 

inanırıq.Belə  dönəmlərdə  daha  çox  səbrə,  daha  çox  diqqətə,daha  çox  fikirləşməyə 

ehtiyacımız var. 



«525-ci qəzet» 21 oktyabr 2009 


414 

 

 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin