Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


«BÖYÜK BİR MÜSAHİBƏYƏLƏ BAĞLI KİÇİK QEYDLƏR»  MÜƏLLİFİ



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə219/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   215   216   217   218   219   220   221   222   ...   274
«BÖYÜK BİR MÜSAHİBƏYƏLƏ BAĞLI KİÇİK QEYDLƏR»  MÜƏLLİFİ, 

KÖHNƏ DOSTUM ANARA LAP KİÇİCİK BİR MƏKTUB 

 

Əzizim Anar! 




572 

 

Sənin  fikrincə  «ədəbiyyatımızın  bügünkü  durumu  ilə  bağlı  bəzi  məqamlarda 



subyektiv olsa da,maraqlı mülahizələr»dən ibarət mənim «böyük» müsahibəmlə bağlı kiçik 

qeydlərini  oxudum  və  bu  qeydlərin  nə  dərəcədə  obyektiv  olub-olmadığı  barədə  bir  söz 

demək  istəmirəm,amma,hər  halda,  «adım  çəkilməsə  də,mənə  aid  olduğu  üçün»  - 

deyib,məsələni mətbuat vasitəsilə abdaad açıb-ağartmağın,yəqin ki, obıvatel üsün maraqsız 

olmadı… 

Bəyəm  mən  ad  çəkə  bilməzdim?  Sadəcə  olaraq,mənim  o  sözlərim 

dostluqdan,ünsiyyətlən söhbət düşdüyü üçün,adsız  və məişət xarakterli bir giley-güzar idi 

və sənin onu beləcə qabartmağın,hətta bu dərəcədə dramtikləşdirməyinə ehtiyaz var idimi? 

Məncə, yox. «Qoy oxucular da məsələnin mahiyyətindən agah olsun»- deyə, çox nigaran 

hesab etdiyin oxucuları öz yozumunda məsələdən hali etdikdən sonra yaşırsan ki,  «əgər 

əsassız  bir  səbəbə  görə  qırx  illik  dostluq  şübhə  altına  alınırsa,buna  yalnız  təəssüf  etmək 

olar» 


Ancaq,əziz qardaşım, əsassız bir mətbəb səni niyə bu qədər əsəbiləşdiribƏsassız bir 

səbəb  də bu dərəcədə «açaram sandığı,tökərəm pambığı» hikkəsi yaradar? Bəlkə  o fikri 

də  bir  balaca  yaxına  buraxasan  ki,lap  kiçicik  də  olsa  bir  «əsas»  var?  Nə  isə,mən 

təzədən,mətbuat  səhifəsində,sənin  sözlərinlə  desəm,    «məsələnin  mahiyytinə» 

varmağı,təfərruata  getməyi,nələrisə  ciddi-cəhdlə  sübula  yetirməyi,sənin  dedikləinə  çox 

asanlıqda  lazımı  düzəlişlər  verməyi,doğrusu  özumə  də,bizim  onilliklər  boyu 

münasibətlərimiizə  də  yaraşdırmıram  və  buna  görə  də  «məsələnin  mahiyyətnə»  nöqtə 

qoyuram. 

 «Məsələnin  mahiyyətindən»  kənarda isə,sənin  «Böyük bir  müsahibəylə  bağlı  kiçik 

qeydlərin»də bir məqam məni təəccübləndirdi,başqa bir məqam məndə təəssüf doğurdu,iki 

vacib  məqam  isə  məni  sevindirdi.Rəhmətlik  atamla  bağlı  iştirak  etdiyin  tədbirləri  bir-bir 

sadalayırsan, sən, nədir, hər dəfə bunları bir-bir dəftərinə qeydə alırsan ki,sonra da beləcə 

sadalayasan:  Doğrusu  bu  məni  təəccübləndirdi,bir  az  köhnə  təbirlə  desəm,  rəncideyi-hal 

etdi.Burasını  da  mənə  xatırladırsan  ki,  «onun  haqqında  səmimi  yazılar  yazmışam»  və 

bunda da bir minnət qoymaq ab-havası olduğu üçün, düzü, mənim heç xoşuma gəlmədi. 



573 

 

Bunlar belə. Keçirəm dediyim həmin təəssüfə.Yazırsan ki,Türkiyədə «Elçinin zənn 



etdiyi  kimi  dincəlməyə,  yeyib-içməyə  yox,  işləməyə»  gedibsənmiş.  Bax,  buna  sidq-

ürəkdən  təəssüf  etdim  ki,  həmin  Türkiyə  səfərində  dincəlməyə,  yeyilb-içməyə  imkan 

olmayıb.Bəyəm bu pis şeydir? Umid edirəm ki,heç olmasa orada yaxşı işəyə bilmisən. 

İndi  də  «Böyük  bir  müsahibəylə  bağlı  kiçik  qeydləri»indəki  həmin  sevindirici 

məqam haqqında. 

Birinci  məqam:yazırsan  ki,  sənin  beyninlə  ürəyin  arasında  heç  vaxt  bir  təzad 

olmayıb».  Bax,  bu,  həqiqətən  qibtə  ediləsi  və  yazıçı  üçün  unikal  olan  gözəl  bir 

xüsusiyyətdir.Sənin  bu    xüsusiyyətini  doğrusu,mən  bilmirdim.Köhnə  dostun  kimi,buna 

sevindim. Beyinlə ürək arasındakı belə bir daimi harmoniyadan gözəl nə ola bilər? 

İkinci məqam: mənə,nə ğizlədim,çox çətin bir sual verirsən: «Tək dostu yalnız özü 

(yəni mən --E.) olan adam xoşbəxtdirmi?» Təkrar edirəm,çox çətin sualdır!.Buna asanlıqla 

cavab vermək olmaz. Və belə bir sualı,təbii ki, yalnız özü xoşbəxt olan adam verə bilər. 

Bax  buna    görə  də  mənim  üçün  çox  xoşdur  ki,köhnə  və  sevimli  dostum  Anar  beləcə 

xoşbəxt  bir  adamdır!  O  ki,qaldı  «rasionallıq  və  praqmatiklik  baxımından  bir  bəhanəylə 

məndən(yəni Anardan -- E.) uzaq durmaq ehtimalına ,ğörə onu deməklə kifəyətlənirəm ki, 

səndəki  o  gözəl  beyinlə  ürək  arasındakı    harmoniyaya»  faciə  qəhrəmanlarına  xas  olan 

vasvası düşüncələrələ xələl gətirmə, çünki həqiqətən,heç bir əsas yoxdur.  Əziz dostum! 

 «Böyük  bir  müsahibəylə  bağlı  kiçik    qeydləri»ndə  mənə  bildirdiyin  xoş  və 

səmimiliyinə  heç  vəchlə  şübhə  etmədiyim  arzularına  görə    (  «Mən  Elçinə 

xoşbəxtlik,yaradıcılıq  uğurları  və  yeni  dostlar  arzulayıram»)  sənə  dərin  təşəkkürümü 

bildirirəm. Təki,sənin bu gözəl arzuların çin oslun! 

Ona görə də sağ ol ki,heç olmasa mənim o adsız gileyimi qərəzli  hesab etmədiyini 

yazmısan.Doğrudan da,bizim aramızda hansı qərəzdən söhbət gedə bilər? Mənim ürəyimdə 

sənə qarşı məhəbbətdən başqa heç nrə yoxdur.Və  əzizim Anar,inan ki, bu yerdə mənim  də 

beynimlə ürəyim arasında,səninki qədər olmasa  



574 

 

da,hər  halda  gözəl  bir  harmoniyva  yarandı.  Mən  səni  təmiz  vicdanlı  insan,yalnız 



ədəbiyyatımızın deyil, mədəniyyətimizin, ictimai fikrimizin görkəmdi nümayəndələrindən 

biri  hesab edirəm və bu yerdə artıq sözə də,elə bilirəm,ehtiyac yoxdur. 

Və  mən  də  arzu  edirəm  ki,sən  bundan  da  artıq  dərəcədə  xoşbəxt  olasan,  «hər 

yerindən  kal  duran  alamın  ağzına  gələni  yazmağını»  «taleyimin  bu  mürəkkəb  çağı» 

dərəcəsində  Şekspir  faciəsinə  çevirməyəsən(demirsən  ki,yuxudan  kal  durublar?  Kal 

adamdan  nə  gözləyirsən?)  mətbuatda  sənin  böyük  yazılara  kiçik  qeydlərini  yox,özünün 

böyük  yazılarını,uğurlu  bədii  əsərlərini  oxuyub  sevinək  və  bir  də  heç  vaxt  sənə  təzədən 

cavab  yazmaq  kimi  qətiyyən  xoşa  gəlməyən  bir    məcburiyyət  qarşısında  qalmayaq,heç 

zaman  da  dost  itirməyəsən,həmişə  köhnə  və  yeni  dostlarınla  bir  yerdə  olasan.Türkrlər 

demiş,sayqılarımla. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin