BÖYÜK BİR MÜSABHİBƏYLƏ BAĞLI KİÇİK QEYDLƏR
«525-ci qəzet»in üç nömrəsində Xalq yaşıçısı Elçinin geniş müsahibəsi dərc
olunub.Müsahibədə ədəbiyyatımızın bugünkü durumu haqqında bəzi məqamlarında
subyektiv olsa da maraqlı mülahizələr var. Bu barədə fikir mübadiləsi etmək niyyətində
deyiləm.Hərənin öz meyarı,öz baxışı,öz zövqü olur.Amma söhbətin bir yeri - adım
çəkilməsə də mənə aid olduğu üçün məsələni aydınlaşdırmaq ehtiyacı duydum.
Dostlarım məni çox vaxt qınayırlar ki,hər yazıya cavab verirəm.Bu düz deyil,mən
haqqımda olan qərəzli yazıların yüzdə birinə də cavab vermirəm. Əvvəla ona görə ki, bu
sayaq yazıların müəllifləri cavaba layiq deyil,ikincisi də mənim tayım-tuşum deyillər
ki,onlarla ağızbağıza verim.Lakin bizim nəsldən olan nüfüzlu bir yazıçının,həm də özü
dediyi kimi qırx ilin dostunun qərəzli deyilsə də həqiqətə uyğun olmayan iradlarına
aydınlıq gətirmək istərdim.
Dediyim kimi, Elçin mənim adımı çəkmir,amma mən də,özü də yaxşı bilirik ki,bu
sözlər mənə aiddir,qoy oxucular da məsələnin mahiyyətindən agah olsun. Necə deyərlər
«örtülü bazar dostluğu pozar».
Söhbətin «525-ci qəzet»in 29 iyun nömrəsində çap olunmuş hissəsində Elçin deyir:
«Misal üçün,hərgah qırx ilin dostu üç günlük gözəl bir xarici səfəri mənim üçün çox
570
əhəmiyyətli və prinsipial məqamda üstün tutursa,yəqin ki, daxili pərtlik hissini başa
düşmək çətin bir şey deyil. Bilirsən necədir? Beyin o qırx ilin dostununa bəraət
qazandırır,ancaq onu ürək bağışlamır. Beyin deyir ki,həmin dostun yorulub,üç gün də bir
fürsətdir,gedib
dincələcək,
yeyib
içəcək,amma
ürək
belə
bir
beyin
rasionallığını,praqmatizmini qəbul etmir… Ona görə də həyatda beynin işi asandı,ürəyin
işi çətin»
Elçinin nə ürəyini,nə beynini çətinə salmamaq üçün bu məsələri bütün təfərrüatıyla
izah etməliyəm.
Bir çox illər bundan qabaq Türkiyədə « Dialoq Avrasiya platforma» adlanan
təşkilatın ilk sədri seçilmişdim.Bu təşkilatın işində Elçin özü də fəal iştirak edir,onun
toplantılarına qatılır. Türkiyədə bəzi kitabları o təşkilatın xəttiylə nəşr olunub. «Dialoq
Avrasiya platform»na sədrllik müddəti iki ildir. Təşkilat sədri kimi işimi
qiymətləndirdikləri üçün məni iki yox, dörd il, yəni iki müddət sədr seçdilər. Növbəti
toplatıda öz xahişimlə sədrlikdən gedəcəyimi bildirdim. Belə oldu,yerimə Türkiyənin
tanınmış tarixçisi və yazıçısı İlbər Ortaylı seçildi və yenə də xüsusi hörmət əlaməti olaraq
məni «Dialoq Avrasiya platformu»nun ömürlük fəxri sədri seçdilər. Bunları ona görə
deyirəm ki, mənə belə hörmətlə yanaşan təşkilata hörmətsizlik edə bilməzdim.İş elə gətrdi
ki,həmin tarix,yəni Antalyada təhvil-təslim tədbiri Bakıda unudulmaz yazıçımız İlyas
Əfəndiyevin yubileyi keçiriləcək günlə eyni vaxta düşdü. Dəqiqləşdirirəm ki, İlyas
müəllimin anadan olduğu gün yox,onun bir qədər gecikmiş yubiley tədbirini keçiriləcək
gün nəzərdə tutulur.
Bu tarix qəti müəyənləşdirilmədiyindən düz iyirmi gün qabaq Elçinə dedim ki,
nəzərdə tutulan həmin vaxt mən mütləq Türkiyədə olmalıyam,xahiş edirəm,yubiley
tədbirini ya iki gün əvvələ,ya iki gün sonraya keçirin,mən də iştirak etmək istəyirəm.Elçin:
- Olmaz - dedi
Mən Türkiyəyə uçmalı oldum,özü də Elçin zənn etdiyi kimi dincəlməyə, yeyib-
içməyə yox,işləmək,tutduğum vəzifəni təhvil vermək üçün.
571
Belə başa düşürəm ki,Elçin məhz buna görə məndən inciyib,bunu ürəyinə salıb və
çox illər sonra bu epizodu mətbuata çıxarmağı lazım bilib.Onu da deyim ki,İlyas müəllimin
sağlığında da,o rəhmətə gedəndən sonra da onun haqqında səmimi yazılar yazmiışam,
onunla
bağlı
bütün
tədbirlərdə
(yubileylər,
xatirə
lövhəsinin
açılışı,elmi
konfranslar,kitabların təqdimatı,doğum və ölüm günlərində məzarını ziyarət və s.)həmişə
iştirak və çıxış etmişəm.
Atamı və anamı itirdiyim ağır günlərimdə Elçinin mənə dayaq olmasını da heç vaxt
unutmuram və bu barədə də yazmışam…
Mənim beynimlə ürəyim arasında heç vaxt bir təzad olmadığı üçün Elçini də başa
düşürəm. Taleyimin bu mürəkkəb çağında,hər yerindən kal duran adamın haqqımda ağzına
gələni yazdığı bir vaxtla rasionallıq və praqmatiklik baxımından bir bəhanəylə mənlən
uzaq durmaq, yəqin ki,daha sərfəli imiş. Əgər əsassız bir səbəbə görə qırx illik dostluq
şübhə altına alınırsa,buna yalnız təəssüf etmək olar.
Müsahibənin sonunda Elçin bəyan edir ki,tək dostu- özüdür. Tək dostu yalnız özü
olan adam xoşbəxtdirmi? Mən Elçinə xoşbəxtlik,yaradıcılıq uğurları və yeni dostlar
arzulayıram.
Köhnə dostu ANAR
«525-ci qəzet» 2 iyul 2007
Dostları ilə paylaş: |