Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə114/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   110   111   112   113   114   115   116   117   ...   175
hələ bugünədək təmizləyə bilməyib, bəlkə əksinə, onun son əsərlərində 

və xüsusilə “Studentlər”də bu zərərli təsir müəllif tərəfindən yerində 

canlandırılır”, “Çəmənzəminli əsl yenidənqurma yollarına çıxmağa 

tələsməlidir, bunun üçün ona bütün imkanlar yaradılıb...” Üstəlik, 

o  əsərlərində  şəhvəti  təbliğ  eləyir:  “Heç  bir  bədii  gözəlliyə  və 



funksiyaya malik olmayan və şəhvət oyadan çirkin momentlərə biz, 

məsələn, nasirimiz Yusif Vəzirin əsərlərində də təsadüf edirik. Yusif 

Vəzirin “Qızlar bulağı” əsərində belə bir yer var: “Onun vücudunu 

yetişmiş  dişilərə  məхsus  rayihə  sardı”;  yaхud  “Ninni  soyunub 

gəncin  yatağına  girdi,  gənc  Ninninin  bütün  gözəlliklərinə  malik 

oldu””.  “Yusif  Vəzirin  bu  əsəri  (“Studentlər”)  özünün  çılpaq, 

şəhvət  oyadan  erotik  təsvirlərilə  oхucuların  zövqünü  və  əхlaqını 

pozmağa doğru çevrilmişdir”. 

 Ağır  ittihamlardı,  o  ittihamların  hər  birinə  tutarlı  cavab 

verə bilər, amma qarşıdurmanın böyüyəcəyindən, digər “gənc 

tənqidçilər”in  fürsət  tapacaqlarından  ehtiyatlanır.  Bəs  necə 

yəni hər cür şərait yaradılıb? Mənzil şəraiti məlumdu, hələ 

həll  olunmayıb,  əməkçilərlə  tanış  olmaq  üçün  rayona 

göndərilməsini xahiş eləyib, yenə cavab yoxdu. Belə şəraitdə 

necə yenidənqurulsun?

 “Gənc tənqidçi”ni uzaqdan-uzağa tanıyırdı, əslən Şamaxı-

dan  idi,  şair  Ağa  Əli  Nasehin  oğluydu,  bundan  əvvəl  Baş 



438

Mətbuat İdarəsində siyasi redaktor işləmişdi, indi Qiyabi Pe-

daqoji İnstitutunda müəllimlik eləyir, fəallıq göstərir, Yazıçı-

lar  İttifaqına  üzv  qəbul  olunmağa  çalışırdı.  Bundan  ötrü, 

əlbəttə, “prinsipial və marksist” olduğunu sübuta yetirməliydi, 

elə yetirirdi də...

 

***


  Cəmi  bir  ay  sonra,  martın  iyirmi  dördündə  “Pravda” 

qəzetində  çap  olunmuş  “Formalizm  və  naturalizm  əleyhinə” 

məqaləsini müzakirə eləmək üçün Yazıçılar İttifaqının üçgün-

lük müşavirəsi çağırıldı. Şübhəsiz, müşavirədə çıxış eləmək, 

ünvanına söylənən tənqidlərə cavab vermək lazım gələcəkdi.

  Qəlbini  çulğamış  səksəkə  hissindən  bir  qədər  də  dadını 

itirmiş Novruz bayramından sonra xəstələnib yatağa düşdü. 

Müşavirənin ilk iki günündə iştirak eləyə bilməsə də, çıxışlar-

la tanış oldu: hədəfdə əsasən dörd nəfər vardı: Hüseyn Cavid, 

Yusif  Vəzir  Çəmənzəminli,  Mikayıl  Rəfili,  Mikayıl  Müşfiq. 

Müzakirələrdə Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Ra-

him, Seyid Hüseyn, Tağı Şahbazi, Mir Cəlal geniş məruzəylə 

çıxış eləmişdilər. 

 Yenə ən çox tənqid olunanlardan idi, yenə “Studentlər” və 

“Qızlar  bulağı”  romanları  haqqında  eyni  fikirləri  söylə-

mişdilər.

 Səməd Vurğun Hüseyn Cavidi, Mikayıl Rəfilini hədəf al-

mışdısa, Mehdi Hüseynin əsas hədəfi əsasən Yusif Vəzir idi: 



“Onun son əsərləri, xüsusilə də “Qızlar bulağı” və “Studentlər” 

romanı  şura  ədəbiyyatının  fikri  yüksəlişini  ifadə  etməyir. Bütün 

səmimiyyəti və qətiyyətilə göstərməliyik ki, Yusif Vəzir, inqilabın ən 

qəti momentlərindən birini – 1917-ci ili, yəni bizim ədəbiyyatımızda 

ən aktual dövrlərdən birini götürməsinə baxmayaraq, yenə də yeni 

sənət cəbhəsinə, sosialist realizmi cəbhəsinə keçməyib”. 

  İstedadına  hörmət  duyduğu  Mehdi  Hüseynlə  İrəvan 

səfərində çox söhbət eləmişdi, onda o bu qənaətlərinin birini 

də dilinə gətirməmişdi, əksinə, xeyli təriflər söyləmişdi. Gö-




439

rünür,  artıq  öz  canından  qorxur,  bu  ifşa  yarışında  iştirak 

eləməsə, adının “qara siyahı”ya düşəcəyindən çəkinirdi. 

 Təkcə “cığırdaşlar”ı Seyid Hüseyn və Tağı Şahbazi müm-

kün  qədər  neytral  mövqedəydilər,  vicdanlarının  əleyhinə 

getməməyə çalışırdılar...

  Müşavirənin  son  günü  getdi,  söz  alıb  tənqidlərə  müna-

sibətini bildirdi: 

 ““Qızlar bulağı” əsərimi iki ildi o tərəf-bu tərəfə çəkirlər, 

bir konkret şey göstərməyiblər, dedi, “Qızlar bulağı on beş 

illik tarixi tədqiqatın nəticəsidi, Əli Nazimin dediyi kimi, bur-

da tarix baş-ayaq qoyulmayıb. Əsərin birinci variantını 1911-

ci ildə yazmışam, lakin o variantla indiki “Qızlar bulağı”nın 

arasında çox fərq var. Yeni alim Hidayət deyir, guya mənim 

dilimdə  osmançılıq  var,  bunu  qəti  surətdə  rədd  eləyirəm, 

mən heç bir zaman osmançılıq təsirinə düşməmişəm. Gecələr 

yata bilmirəm ki, mənim nöqsanım hardadı axı. Belə olmaz, 

bu gün Şura ədəbiyyatında yaxşı əsər görsəniz, bunu hər gün 

döydüyünüz Yusif Vəzir verəcək”.

 Gurultulu alqışlar oldu, deyəsən, bununla da təhlükə bir 

qədər sovuşdu...

  Müzakirədəki  çıxışların  mətni  “Ədəbiyyat  qəzetəsi”ndə 

çap olunanda tükləri biz-biz oldu: görünür, deyilənlər təkcə 

quru ittihamlarla nəticələnməyəcəkdi, ağızlardan qan qoxusu 

gəlirdi.

 Bir neçə həftə sonra da elə həmin “Kommunist” qəzetində 

“cığırdaş”ı Seyid Hüseyn Hidayət Əfəndiyevin cavabını ver-

di: “Əgər “Qızlar bulağı” qiymətli əsərdisə, – o yazırdı, – tarixi 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin