Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə63/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   59   60   61   62   63   64   65   66   ...   175
dəftərindən” hekayəsində O yaşantılarını belə təsvir eləyəcəkdi: 

“Otelçiyə bir neçə yüz frank borcum var idi. Onun üçün qapıdan elə 

çıxdım ki, otelçi məni görmədi. Küçədə rahat və asudə nəfəs ala bil-

dim. Ac idim, lakin iştaham elə küsmüşdü ki, könlüm nə istədiyini 

belə kəsdirə bilmirdim. Fikirsiz və müəyyən plansız bir halda küçə 

ilə  getdim.  Sena  çayına  tərəf  yönəldim,  bir  də  durdum:  yediyim 

çörək  parçası  daş  kimi  mədəmə  yığılıb,  məni  incitməyə  başladı... 

Sancıdan özümü toxtadıb, bir az da getdim: fabriklərin mənhus ba-

caları gözümə sataşdıqda, sinirləndim, içimə dərin bir soyuqluq çök-

dü, geri döndüm...”


289

 Onda gimnaziyadakı yoldaşlarından Xristofora rast gəlib 

xeyli sevinmişdi. Amma Xristofor da onun günündəydi, varlı 

qohumunun hesabına girlənəndən sonra işsiz və pulsuz qal-

mışdı; Klişidə tanış olduğu bir rus publisistinə Şərqlə bağlı 

məlumatlar “satır”, əvəzində qonorarın iyirmi beş faizini alır-

dı,  publisistsə  onun  sayəsində  Bombeyi,  Tehranı,  İstanbulu 

“dolaşır”, amma məsələ haqqını verməyə gələndə iş dolaşığa 

düşürdü;  Fransa  Kommunist  Partiyasının  Klişi  şəhər 

nümayəndəsi çıxılmaz vəziyyətindən istifadə eləyib onu öz 

sıralarına  cəlb  eləmək  üçün  dilə  tutmuşdu.  Həmin  adama 

sözüsə  qəti  olmuşdu:  mən  Vətənimə  qayıtmaq  fikindəyəm, 

ona görə də bu təklifinizi qəbul eləyə bilməyəcəyəm... 

  ...Məktubunun  qəzetdə  dərc  olunduğunu  Ceyhun  bəy 

dedi.  Üzündə  kədər,  səsində  təəssüf  vardı.  Ceyhun  bəy 

həmişə demişdi ki, Xəlil bəy Xasməmmədovla aralarında baş 

verənlərə  görə,  Məmməd  Əmin  bəyə  və  Əlimərdan  bəyə, 

üstəlik, Müsavat firqəsinə münasibətinin dəyişməsi yanlışdı, 

amma  cavabında  İstanbulda  çəkdikləri  bir  yana,  Məmməd 

Əmin bəyin Xəlil bəyi “Müsavatın rüknü” saydığı, Əlimərdan 

bəyin  xəstə  Azərbaycan  türkünə  yardım  əli  uzatmadığı 

barədə dəlil-sübutlarını eşitmişdi.

 “Bundan sonra Vətənə qayıtmaq üçün heç bir maneə qal-

mır,  –  Ceyhun  bəy  dedi,  bu  sözləri  qibtə,  yoxsa  istehzayla 

söy lədiyini  ayırd  eləmək  olmurdu.  –  Məncə,  müraciət  gön-

dərsən, müsbət cavab verərlər”.

 “Məni daha qürbətlə nə bağlayır, əzizim Ceyhun? – Yusif 

Vəzirin  səsindəsə  itkilərdən  doğan  ağrı  vardı.  –  Firqə 

məsuliyyətim yox, işim yox, ailəm yox, rahatlığım yox, qar-

daşımı itirdim, yazdıqlarımı çap etdirə bilmirəm. Belə halda, 

qürbətdə qalmağımın mənası varmı?”

  “Gələcəyin  barədə  qərarı  yalnız  özün  verə  bilərsən”,  – 

Ceyhun bəy payızın nəfəsi duyulan havada gəzişdikləri ba-

ğın oturacaqlarından birində əyləşdi.

 “Ömrümün ən pis günləri siyasətdə keçirdiyim günlərdi, 

– Yusif Vəzir papiros yandırıb yanğılı-yanğılı qullab aldı. – 



290

Mən hara, siyasət hara? Əbəs yerə bu qədər vaxt itirdim, bu 

qədər yazılarımdan oldum”.

 Susdular, əsl gerçəyin harda olduğu barədə düşündülər.

  “Azərbaycan  haqqında  yazını  “Revyu  dö  mond  müzül-

man”  çap  eləməyi  planlaşdırır,  –  Ceyhun  bəy  yeni  yadına 

düşmüş kimi dilləndi. – Xahiş eləmişəm, mümkün olsa, qo-

norarını tez verəcəklər”.

 “Bunu ancaq Ceyhun bəy eləyə bilərdi, – beynindən keçir-

di, – nə qədər incik olsa da, əlindən gələni əsirgəmir”. Dilinəsə 

ancaq təşəkkür sözləri gətirdi:

 “Çox sağ ol, sənin mənim üçün elədiklərini ölüncə unut-

maram”.

 “Bu sözləri bir daha eşitməyim, – Ceyhun bəy yenə nəyisə 

xatırladı. – Üzeyirdən məktub aldım, yenə məni dilə tutur ki, 

qayıtmaq üçün müraciət eləyim”.

 Sükut çökdü. Ceyhun bəyin bu addımı atmayacağı aydın 

idi. Yusif Vəzirsə qəti qərara gəlmişdi: elə bu axşam müraciət 

eləyəcək,  sonrasısa  taleyin  işidi.  “Əlbəttə,  –  fikirləşdi,  –  bir 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin