olar, hamısının sifətində ümid və işıq vardı.
295
dan ayırdı, bu da azmış kimi, qardaşını əlindən aldı və
nəhayət, hələ uzaq, dumanlı, bir qədər də səksəkəli ümid
bəxş elədi.
Fikirləşdi ki, insan xırda yaşantılara özünü həddən artıq çox
xərcləyir, həyatın başlıca mənası barədə düşünmür: nə qədər ki sağ-
salamatdı, həmişə nələrisə dəyişməyə, başqa cür yaşamağa imkanı
var...
Fikirləşdi ki, dərhal yola çıxmaq lazımdı, o ümidin cazibəsi
səksəkəsindən artıqdı...
Sonra Ceyhun bəyi tapıb sevincini bölüşməyi beynindən
keçirdi...
Əlbəttə, Fariz bəyi tapmaq da yaxşı olardı, xudmani bir
yerdə oturub səfərqabağı dərdləşərdilər...