qələbəsi qazanmışlar. Ölkəyə 50 min tondan çox ağ qızıl verilmiş, qəbul
olunmuş əlavə öhdəliklər artıqlamasıyla yerinə yetirilmişdir. Bu qələbəyə
– Bu gün Bərdədə böyük bayramdır. Çünki rayonun zəhmətkeşləri
və öz əlavə öhdəliklərini layiqincə yerinə yetirmişlər. Bu böyük qələbə
Pambıqçılıq iqtisadiyyatımızda mühüm rol oynayır. Son zamanlar
həqiqətən pambıqçılıqda böyük dönüş yaranmışdır. Pambıq özü mürək-
kəb bitkidir və Azərbaycan şəraitində çətin başa gəlir. Bizim şəraitdə bol
məhsul yetişdirmək əsl hünər tələb edir. Respublikamızda pambıqçılığın
inkişaf etdirilməsində Bərdə rayonunun rolu böyükdür. Rayonun zəhmət-
24
keşləri partiyanın aqrar siyasətini dönmədən həyata keçirərək çox yüksək
əmək nəticələrinə nail olmuşlar.
Mən qabaqlar da sizin rayonda olmuşam. 1973-cü ildə 40 min ton
pambıq satmaq vəd edilmişdi. Lakin cəmi 20 min ton məhsul istehsal
olundu. Ancaq rayon partiya komitəsinin həyata keçirdiyi tədbirlər nəticə-
sində son üç ildə pambıqçılıqda böyük dəyişikliklər əmələ gəlmişdir. Bu
ilin nəticələri daha sevindiricidir. 50 min tondan çox pambıq istehsal et-
mək, bu, sıçrayışdır. Özü də sizin rayon bu il həm pambığı qısa müddətə
yığıb təhvil verməkdə, həm də gündəlik artım sahəsində ciddi dönüş ya-
ratmışdır. Hər gün tədarük məntəqələrinə 2 min tondan artıq pambıq gön-
dərilmişdir. Heç vaxt heç bir rayon bu nəticəyə nail olmamışdır. Eyni za-
manda təkcə kəmiyyət məsələləri deyil, keyfiyyətə də ciddi fikir verilmiş-
dir. İstehsal olunmuş pambığın çox hissəsi birinci növ kimi qəbul edilmiş-
dir. Siz bu təcrübənizi daha da artırmalısınız.
Mənə rayonun qabaqcıl adamlarının adlarını yazıb veriblər. Lakin
mən oxumaq istəmirəm. Çünki bu qələbədə hamının payı vardır, elə sizin
hamınız qabaqcılsınız. 243 briqadadan 236-sı öhdəlik hesabına işləyir.
Məni sevindirir ki, Tərlan Musayeva öz maşını ilə 315 ton pambıq yığıb.
Mənə elə gəlir ki, bu, rekord nəticədir. Buna görə də biz sizin hamınızın
işinə yüksək qiymət veririk.
Mən bir daha sizi ürəkdən təbrik edir və kənd təsərrüfatı məhsulla-
rının istehsalını artırmaqda sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
“Kommunizm yolu” qəzeti,
7 oktyabr 1976-cı il
Dostları ilə paylaş: