26
Rayon partiya-təsərrüfat fəalları yığıncağında Sov.İKP MK
Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın
birinci katibi H.Ə.Əliyevin nitqi
– Ən əvvəl, sizi 1979-cu ildə əldə etdiyiniz böyük müvəffəqiy-
yətlər və kənd təsərrüfatı sahələrinin ən məsul, ən həlledici mərhələsi olan
pambıq yığımına başlamağınız münasibətilə ürəkdən, səmimi qəlbdən
təbrik edirəm.
Bizim Sovetlər ölkəsi iri addımlarla kommunizmə doğru irəliləyir.
Sov.İKP XXV qurultayının qərarları, onuncu beşilliyin plan və tapşırıqla-
rı müvəffəqiyyətlə həyata keçirilir. Ölkənin hər yerində qızğın iş gedir,
yeni zavodlar, fabriklər işə salınır, dəmir yolları çəkilir. Qəhrəman fəhlə
sinfi qarşıda duran vəzifələri layiqincə yerinə yetirir. Kənd təsərrüfatı
əməkçiləri yetişdirilmiş məhsulu sürətlə toplayırlar. Sovet adamlarının ri-
fahı yaxşılaşır. Ölkəmizin iqtisadiyyatı, müdafiə potensialı, böyük Vətəni-
mizin beynəlxalq miqyasda tutduğu yer getdikcə daha da möhkəmlənir. Sovet
İttifaqının sülh siyasəti yeni-yeni nailiyyətlər qazanır. Bütün bunlar hamı-
nın – fəhlələrin, kolxozçuların və ziyalıların fədakar əməyinin bəhrəsidir.
Bütün ölkədə olduğu kimi, bizim respublikamızda da onuncu beş-
illiyin planları və sosialist öhdəlikləri layiqincə yerinə yetirilir. Beşilliyin
3 il 8 ayında sənayedə planlar xeyli artıqlaması ilə həyata keçirilmişdir.
Azərbaycanın fəhlə sinfi yeni-yeni müvəffəqiyyətlər qazanır. Beşilliyin 3
ilində sənaye istehsalı 21 faiz əvəzinə 17 faiz artmışdır. Bu ilin 3 ayında
istehsalda keçən ilin müvafiq dövrünə nisbətən artım 8,7 faiz olmuşdur.
Respublika zəhmətkeşlərinin rifahı get-gedə yaxşılaşır. Mən bura-
da ancaq bu beşilliyin göstəricilərindən danışmaq istəyirəm. Keçən doq-
quzuncu beşillik də bizim üçün çox gözəl beşillik oldu. Biz artıq on ildir
ki, inkişaf yolundayıq. Bizim üçün ən böyük müvəffəqiyyət ondan ibarət-
dir ki, respublikamızda çox gözəl, sağlam siyasi iqlim yaranmış, ədalət,
həqiqət, düzgünlük bərqərar olunmuşdur. Bütün bunlar irəliləyişimizin
əsas səbəblərindəndir. Buna görə də Azərbaycan xalqının, respublika par-
tiya təşkilatının Ümumittifaq miqyasda müfuzu artır. İndi respublikanın
hər bir vətəndaşı ölkənin harasında olursa-olsun özünü fəxrlə azərbaycan-
lı kimi təqdim edir. Respublikamızın əldə etdiyi nailiyyətlər partiya və
hökumət tərəfindən yüksək qiymətləndirilir. Biz doqquz dəfə Sov.İKP
MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ və ÜİLKGİ MK-nın keçici
Qırmızı bayrağını almışıq. Doqquz il dalbadal Azərbaycan üzərində Qır-
mızı bayraq dalğalanıb. Doqquz il dalbadal Azərbaycan Qırmızı bayraqlı
respublika olmuşdur. Biz əminik ki, bu il də Azərbaycan zəhmətkeşləri
qabaqkı illərdən daha yaxşı işləyəcək, yenə də respublikamız qabaqcıllar
cərgəsinə çıxacaq və onuncu dəfə Vətənin keçici Qırmızı bayrağını ala-
caqdır.
Bu gün biz tarlaları gəzərkən kolxozçular və burda yığıncaqda çı-
xış edənlər də məhz bu fikirdə olduqlarını bildirdilər. Deməli, biz birik.
27
Həm xalq, həm də onların rəhbərləri yekdildir. Burada çıxış edən yoldaş-
lar məni ürəkdən təbrik etdilər, ünvanıma xoş sözlər dedilər. Bu sözlər
çox səmimidir, onlar ürəkdən gəlir. Bu onu göstərir ki, mənə verilmiş mü-
kafat bütün respublika zəhmətkeşlərini sevindirir. Bunun üçün sizin hamı-
nıza və sizin simanızda bütün Azərbaycan zəhmətkeşlərinə öz minnətdar-
lığımı bildirirəm.
İcazə verin bir daha əmin olduğumu bildirim ki, Bərdə rayonunun
kommunistləri və bütün zəhmətkeşləri 1979-cu ilin planlarını və sosialist
öhdəliklərini, bütövlükdə onuncu beşilliyin tapşırıqlarını müvəffəqiyyətlə
yerinə yetirmək üçün əllərindən gələni əsirgəməyəcək, respublikamızın
nailiyyətlərinə yaxından kömək göstərəcəklər.
“Kommunizm yolu” qəzeti,
15 sentyabr 1979-cu il
Dostları ilə paylaş: