BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə71/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   67   68   69   70   71   72   73   74   ...   542
147

 

 

 

    ƏLİYEVA  KÜBRA  

     MUXTAR  QIZI 

 

 Azərbaycanın nəşriyyat tarixində gör-



kəmli yeri olan bərdəli Orucov qardaşlarından 

Abuzər Orucovun qız nəvəsi olan Əliyeva 

Kübra Muxtar qızı 1944-cü ildə  Ağdam 

rayonunda ziyalı ailəsində anadan olub. 

1963-cü ildə M.A.Əliyev adına Azərbay-

can Dövlət Teatr İnstitutunun (indiki 

ADMİU) Mədəni-maarif fakültəsinə daxil  

olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.  

1967-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası 

Memarlıq və  İncəsənət  İnstitutunun “Dekorativ tətbiqi sənət”  şöbəsində 

baş laborant, elmi işçi vəzifəsində çalışıb. 

Hal-hazırda həmin institutda “Təsviri və dekorativ-tətbiqi sənət” 

şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. 1978-1980-ci illərdə Mosk-

va şəhərində Lomonosov adına Universitetin Tarix fakültəsində professor 

V.M.Vasilenkonun yanında təcrübə keçmiş, universitetdə mütəmadi ola-

raq mühazirələrdə çıxış etmişdir. Həmin illər ərzində Moskvada namizəd-

lik dissertasiyasını təkmilləşdirmişdir. 1984-cü ildə Moskvada SSRİ Rəs-

samlıq Akademiyasının nəzdində olan “Təsviri sənətin nəzəriyyə  və ta-

rixi” Elmi tədqiqat İnstitutunda “Azərbaycanın xovsuz xalçaları” adlı dis-

sertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini al-

mışdır. 

1979-cu ilin axırlarından 2001-ci ilə qədər Azərbaycan Dövlət Mə-

dəniyyət və  İncəsənət  İnstitutunun rəssamlıq bölməsində  (əvəzçiliklə) 

(Quba filialında 10 il) dosent vəzifəsində  işləyərək onlarla peşəkar rəs-

samların yetişməsində əmək sərf etmişdir. 2001-ci ildən – 2004-cü ilə qə-

dər (əvəzçiliklə) Azərbaycan Dövlət Memarlıq və  İnşaat Universitetinin 

“Memarlıq dizaynı” bölümündə savadlı memar – magistrlərin yetişmə-

sində böyük əmək sərf etmişdir. 2003-cü ildən Azərbaycan Dövlət Rəs-

samlıq Akademiyasının “Sənətşünaslıq” kafedrasında müəllim – dosent, 

hal-hazırda isə professor vəzifəsində çalışır. 

Uzun illər  ərzində istər respublikamızda və istərsə  də Avropa, 

Yaxın  Şərq ölkələrində keçirilən samballı elmi simpoziumlara və konq-

reslərə dəvətlər alıb, Azərbaycan incəsənətinin bu və ya digər məsələləri-

ni özündə əks etdirən məruzələrlə çıxış etmişdir. 




 

148

Azərbaycan Ensiklopediyasının III cildindən başlayaraq X cildinə 

qədər Azərbaycan dekorativ – tətbiqi sənətinə aid 60-dan artıq məqalə-

lərin müəllifidir. Rusiyada çap edilən xüsusi cild Ensiklopediyasındakı 

Azərbaycan xalçalarına aid məqalələrin müəllifidir. Bundan əlavə Azər-

baycanın dövri mətbuatında, və xarici ölkələrdə nəşr edilən 100-dən artıq 

elmi məqalələri mövcuddur. 

Dörd kitabın (Azərbaycan xovsuz xalçaları – 1988, Xalı və xalça-

çılıq terminləri lüğəti – 1998; R.Əfəndiyevlə müştərək, 16-17 əsr Təbriz 

xalça məktəbi və onun Yaxın və Orta Şərq xalça sənəti ilə əlaqəsi – 1999, 

Lətif Kərimov Həyat və yaradıcılığı – Eldəniz İbrahimov – Bakı – 2007) 

müəllifidir. 

1989-cu ildə Əmək veteranı medalı ilə təltif edilmişdir. 

1988-ci ildən Azərbaycan rəssamlar  İttifaqının üzvüdür. Rəssam-

ların yaradıcılığına həsr edilən onlarca kataloqun müəllifidir. Uzun illər 

Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasının eksperti və 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix muzeyinin eksperti olmuş-

dur, AMEA terminologiya komitəsinin üzvüdür.  

2004-cü il may ayının 12-də Azərbaycan Dövlət Rəssamlıq Aka-

demiyasının birdəfəlik elmi şurasında “XVI-XVII əsr Təbriz xalça mək-

təbi və onun Yaxın və Orta Şərq xalçaları ilə əlaqəsi” adlı doktorluq dis-

sertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 

Müdafiədən sonra 5 beynəlxalq simpoziumda (Berlin, Bakı, Aşqa-

bad, Dənizli, Kazan) iştirak etmiş, bir neçə kataloq və məqalə çap etdir-

mişdir. 

Ailəlidir, 1 övladı var. 

 

 

 



 


 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin