153
HACIYEV İLQAR
HÜMBƏT OĞLU
1967-ci ildə Bərdə şəhərində anadan
olub. Hüquqşünas, ictimai xadim, Hü-
quq elmləri namizədidir. 1998-ci ildə
Moskva Dövlət Hüquq Akademiyasını
bitirmişdir.
Hacıyev İlqar əmək fəaliyyətinə 17
yaşında rəngsaz kimi Moskvanın Okt-
yabr rayonunda təmir-tikinti trestində
başlayıb.
1991-ci ildə “Səfa” adlı istehsalat-ticarət müəssisəsini təşkil edib və 1994-
də “Akvin”; 1996-ci ildə isə “Reksan” müəssisələrinə başçılıq edib. 1997-
99-cu illərdə İlqar Hacıyev vəkil köməkçisi, sonra isə Moskva hüquq
mərkəzində vəkil işləyib. 1999-cu ildən hüquq məsləhətxanasına başçılıq
edir. O, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətində yaxından
iştirak edir, Ümumrusiya Azərbaycan konqresinin Moskva əyalət şö-
bəsinin sədridir.
Hacıyev İlqar Rusiyanın sayılan vəkillərindəndir, “Vətənin müda-
fiəçisi” xaçı ilə, “Yüksək peşəkarlığa və vicdanlı əməyə görə” medalı ilə
təltif olunmuş, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik
Akademiyasının Beynəlxalq əlaqələr fakültəsinin dinləyicisidir.
|