BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə75/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   71   72   73   74   75   76   77   78   ...   542
 

 


 

152

 

 



 

 

 



ƏZİMOV  ELDAR   

XASAY  OĞLU 

 

 Əzimov Eldar 1947-ci ildə Bərdə rayo-

nunun Mirzəlibəyli kəndində anadan ol-

muşdur. 1964-cü ildə  Bərdə rayon 1 saylı 

orta məktəbi qızıl medalla bitirmişdir. 

1969-cu ildə “Neft və qaz yataqlarının işlə-

nilməsinin texnologiyası  və kompleks me-

xanikləşdirilməsi” ixtisası üzrə AzNKİ-nun 

(indiki ADNA) Neft-mədən fakultəsini bi- 

tirdikdən sonra, təyinatla “Neft Daşları” NQÇİ-yə göndərilmiş və burada 

əvvəlcə operator, sonra isə mühəndis işləmişdir. 1971-1996-cı illərdə 

Azərbaycan EA DNQYPİ-də mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 

“Lay və quyuların tədqiqi” laboratoriyasının rəhbəri işləyib. 

1973-1975-ci illərdə bu institutun aspirantı olub. 1975-ci ildə na-

mizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 

1989-1992-ci illərdə AzİMİ-də “Qaz təchizatı  və mikroiqlimin 

təminatı sistemləri” kafedrasının professoru, eyni zamanda elmi fəaliy-

yətlə də məşğul olub. 1993-1996-cı illərdə ARDNŞ-də şöbə müdiri vəzi-

fəsində çalışıb. 1996-cı ildən indiyə qədər “British Petroleum” (BP) şirkə-

tinin əməkdaşıdır. 

E.Əzimov neft və qaz yataqlarının işlənməsi sahəsində tanınmış 

alimdir. 

100-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.  İx-

tiralara görə 4 müəlliflik şəhadətnaməsi alıb. Kadr hazırlığı ilə məşğul olur. 

1985-ci ildə E.Əzimov bir qrup alimlə birgə “Mürəkkəb dağ-geoloji  şə-

raitlərdə çoxsaylı neft yataqlarının öyrənilməsinin dağ geofiziki və hidro-

dinamiki üsulları kompleksinin yaradılması  və  tətbiqi” işinə görə akade-

mik İ.M.Qubkin adına mükafata layiq görülüb. 

 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin