155
HACIYEV ƏBÜLFƏT
ƏHƏD OĞLU
16 iyul 1952-ci ildə Bərdə rayonunun
Hacıalılı kəndində anadan olmuşdur. 1959-
cu ildə həmin rayonun Mehdixanlı kən-
dindəki orta məktəbin 1-ci sinfinə getmiş,
1969-cu ildə məktəbi bitirmişdir. Həmin
ili Çingiz İldırım adına Politexnik İnstitu-
tunun “Sənaye və mülki tikinti” fakültəsi-
nin axşam şöbəsinə daxil olmuş, elə hə-
min ildən də Qaradağ rayonu “Neft və Qazçıxarma” idarəsində yeraltı tə-
mir üzrə operator, sonradan çilingər işləmişdir.
1971-1973-cü illər Belarus Respublikasının Minsk şəhərində
hərbi qulluqda olmuşdur. Ordudan tank qoşunları hissələrində siyasi işlər
üzrə ehtiyatda olan leytenant hərbi rütbəsi ilə tərxis olunmuşdur. Hərbi
xidmətdən qayıtdıqdan sonra hələ orta məktəbdə oxuyarkən dedektiv ki-
tablara marağı, qanunçuluq keşiyində fəaliyyət göstərmək həvəsi onu
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə gətirmişdir. 1974-cü
ildə həmin fakültənin axşam şöbəsinə daxil olmuş, elə həmin ildən də Da-
xili İşlər Nazirliyinin Hərbiləşdirilmiş Yanğından Mühafizə hissələrində
əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə Hüquq fakültəsini bitirdikdən
sonra Azərbaycan Respublikası DİN-in Bakı Baş Polis İdarəsində Cinayət
Axtarışı şöbəsində inspektor, baş inspektor və 5-ci bölmənin rəisi vəzi-
fəsində çalışmışdır. 1985-ci ildən 1992-ci ilə qədər Bakı şəhərinin Səbail
rayon Polis İdarəsində müstəntiq, baş müstəntiq işləmişdir. 1993-cü ildə
DİN-nin Nəqliyyatda Baş Polis İdarəsində mühüm işlər üzrə baş müstən-
tiq, sonra istintaq şöbəsinin rəisi, Təşkilat İnspektor idarəsinin (qərarga-
hın) rəisi, 2001-ci ildən Baş İdarə rəisinin müavini işləmişdir. 2004-cü il-
dən 2008-ci ilə qədər Bakı Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin rəisi
vəzifəsində fəaliyyət göstərmişdir.
Hal-hazırda Bakı şəhərinin Qaradağ rayon Polis İdarəsinin rəis
müavini vəzifəsində işləyir. 1995-ci ildən polis polkovniki rütbəsindədir.
İşlədiyi müddətdə qüsursuz xidmətlərinə görə Azərbaycan Respublikası
DİN-nin rəhbərliyi tərəfindən dəfələrlə I, II, III dərəcəli medallar, əla xid-
mətə görə döş nişanı və fəxri fərmanlarla təltif edilib.
|