III.
Hüquqlar
19.
Həkim-statistikin aşağıdakı hüquqları vardır:
19.1. ilkin və ümumiləşdirilmiş statistik məlumatları müəyyən olunmuş
qaydada tələb və əldə etmək;
19.2. statistik qeydiyyatın, müəssisənin fəaliyyətinin təşkilinin
təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin
yaxşılaşdırılması üzrə təkliflər vermək;
19.3. ona tabe orta, kiçik tibb və digər heyətin işinə nəzarət etmək, sərəncamlar
vermək və onlardan dəqiq icra tələb etmək, rəhbərliyə həvəsləndirmək və tənbeh
etmək üzrə təkliflər vermək;
19.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
19.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
19.6. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
20.
Həkim-statistik Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |