II. Vəzifə öhdəlikləri
6.
Həkim-statistik tibb təşkilatında statistik qeydiyyatı və məlumatların
işlənilməsi üçün statistik hesabatların hazırlanmasını həyata keçirir.
7.
Tibb təşkilatı daxilində statistik sənəd dövriyyəsini, bölmələrdə cari ilin
operativ statistik sənədlərinin səmərəli saxlanmasını, sənədlərin müəyyən edilmiş
tələblərə uyğun olaraq tibb müəssisəsininarxivinə təhvil verilməsini təşkil edir.
8.
Təşkilatın və ayrı-ayrı bölmələrin fəaliyyətinin əsaslı statistik tədqiqatını
aparır.
9.
Səhiyyənin konkret məsələləri üzrə tədqiqat proqramını tərtib edir.
10.
Tibb müəssisəsinin fəaliyyətini xarakterizə edən göstəriciləri nəzərə alır,
tibb müəssisəsinin dövrü hesabatlarını hazırlayır.
11.
Tibbi statistika üzrə müşavirələri (məşğələlər, seminarlar) təşkil edir və
aparır.
12.
İlkin tibbi sənədlərin məlumatları üzrə dövri informasiyaları (həftə, ay,
rüb və s.) tərtib edir və ümumiləşdirir. Müxtəlif dövrilikli ilkin statistik
informasiyaları təhlil edir və qiymətləndirir.
13.
Tibbi sənədlərdə diaqnostik qeydləri xəstəliklərin beynəlxalq təsnifatı
qaydaları üzrə şifrləyir.
14.
Tibbi müəssisəsinin fəaliyyətinin nəticələrini illik statistik hesabatın
məlumatları üzrə təhlil edir və qiymətləndirir.
15.
Təhlil zamanı əsas statistik metodlardan (kombinasiya cədvəlləri, qrafik
təsvirlər, dinamikada müqayisələr, standartlaşdırma metodları və s.) istifadə etməklə,
müalicə və profilaktika işinin keyfiyyət göstəricilərini, dispanserləşdirmənin
göstəricilərini əldə edir və qiymətləndirir.
16.
Konkret ərazinin tibbi-demoqrafik göstəricilərini, əmək qabiliyyətini
müvəqqəti itirməklə xəstələnmə göstəricilərini, əlilliyə çıxma göstəricilərini təhlil edir
və qiymətləndirir.
179
17.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
18.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: |