III.
Hüquqlar
22.
Həkim-toksikoloqun aşağıdakı hüquqları vardır:
22.1. klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator
tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
22.2. müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasını müəyyən etmək; pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və
laborator diaqnostika metodlarını təyin etmək;
22.3. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
22.4. zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
22.5. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
22.6. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların həvəsləndirmək və tənbeh etmək üzrə
rəhbərliyə təkliflər vermək;
22.7. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
22.8. öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda
və müşavirələrdə iştirak etmək;
22.9. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
23.
Həkim-toksikoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |