Həkim-uşaq cərrahın nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı uşaq cərrahının vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Uşaq cərrahı vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada “uşaq cərrahiyyəsi” ixtisası üzrə peşə hazırlığı keçmiş,
ixtisası üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin edilir.
ixtisası üzrə hazırlıq və ya ixtisaslaşma keçmiş şəxs təyin edilir.
3.
Uşaq cərrahı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Uşaq cərrahı bilavasitə şöbə müdirinə olmaqla, tibb müəssisəsinin
rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Uşaq cərrahı aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.4. uşaq cərrahiyyəsi xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi
ilə bağlı məsələləri;
203
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
Dostları ilə paylaş: |