məsuliyyətini müəyyən edir.
Baş mexanik vəzifəsinə ali-texniki və ya mühəndis-texniki təhsili və
olan şəxs təyin edilir.
azad edilir.
4.
Baş mexanik bilavasitə müəssisənin rəhbərinə tabe olur.
5.
Baş mexanik aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; işlədiyi sahəyə aid və
yerinə yetirilən iş üzrə rəhbər və normativ sənədləri, yuxarı təşkilatların qərar, əmr,
sərəncam və göstərişlərini;
5.2. texniki inkişafın perspektivlərini və müəssisənin fəaliyyətinin spesifik
xüsusiyyətlərini;
5.3. avadanlıqlar, bina və qurğular üzrə metodik, normativ və digər rəhbər
materialları;
5.4. müvafiq fəaliyyət sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl
ölkə və xarici təcrübəni;
5.5. müəssisədə təmir xidmətinin təşkilini;
5.6. avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv
xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
5.7. montaj və təmir metodlarını;
5.8. defektlər üzrə cədvəl, pasport və ehtiyat hissələrinin rəsmi albomunu;
5.9. təlimatların tərtib edilmə qaydasını;
5.10. avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
5.11. iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın,
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından
mühafizənin qayda və normalarını bilməlidir.
Dostları ilə paylaş: