II.
Vəzifə öhdəlikləri
6.
Baş mexanik avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını
və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin
edir.
7.
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.
8.
İstehsalatın texniki hazırlığını təmin edir.
9.
Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları
lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
10. Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə
sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin
hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib
edilməsinə rəhbərlik edir.
11. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini,
avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil
edir.
12. Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən edir və onların təmirini
növbələşdirir.
13. Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi,
avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak
edir.
14. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına
239
riayət edilməsini təmin edir.
15. Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir,
onların tətbiqinə kömək edir.
16. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən
işçilərə rəhbərlik edir.
Dostları ilə paylaş: |