Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə247/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   243   244   245   246   247   248   249   250   ...   541
Baş mühasibin nümunəvi vəzifə

TƏLİMATI

I. Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   baş   mühasibin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Baş   mühasib   vəzifəsinə   mühasibat   uçotu   üzrə  ali  təhsili   və   maliyyə-



mühasibat işində, o cümlədən  rəhbər  vəzifələrdə ən azı 5 il iş stajı  olan şəxs təyin 

edilir.


3. 

Baş   mühasib   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən 

azad edilir.

4. 

Baş mühasib bilavasitə müəssisənin rəhbərinə tabe olur.



241


5. 

Baş mühasib aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını;   mühasibat   barədə 

qanunvericiliyi;

5.2.  yuxarı   maliyyə   və   nəzarət-təftiş   orqanlarının   mühasibat   uçotu   və 

hesablaşmaların   tərtib   edilməsi   məsələləri   üzrə,   eləcə   də   müəssisənin   maliyyə-

təsərrüfat fəaliyyətinə aid qərar, sərəncam, əmr və digər rəhbər, metodik və normativ 

materiallarını; mülki hüququ;

5.3.  maliyyə, vergi və təsərrüfat qanunvericiliyini; 

5.4. müəssisənin strukturunu, onun inkişafının strategiya və perspektivlərini;

5.5.  müəssisədə mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları və 

onun aparılması qaydasını;

5.6.  əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd 

dövriyyəsinin təşkilini; maliyyə hesabatlarının forma və qaydasını;

5.7.  müəssisənin   maliyyə-təsərrüfat   fəaliyyətinin   iqtisadi   təhlili, 

təsərrüfatdaxili ehtiyatların aşkarlanması metodlarını; 

5.8. pul   vəsaitlərinin,   mal-material   və   digər   qiymətlilərin   qəbulu,   mədaxili, 

saxlanılması və xərclənməsi qaydasını;

5.9.  hüquqi və fiziki şəxslərdən vergi tutulması şərtlərini;

5.10.  mühasibat   uçotu   hesablarından   çatışmazlıqların,   debitor   borclarının   və 

digər itkilərin silinməsi qaydasını;

5.11.  pul   vəsaitlərinin   və   mal-material   qiymətlilərinin   inventarlaşdırılmasının 

aparılması qaydasını;

5.12.  mühasibat   balanslarının   və   hesabatlarının   tərtib   edilməsi   qayda   və 

müddətlərini; yoxlama və sənədli təftişin aparılması qaydasını;

5.13.  hesablama   texnikasının   müasir   vasitələrini   və   uçot-hesabat   işlərinin 

yerinə   yetirilməsi,   müəssisənin   istehsalat-təsərrüfat   və   maliyyə   fəaliyyətinin   təhlili 

üçün onların tətbiq edilməsi imkanlarını;

5.14.  mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə qabaqcıl ölkə və 

xarici təcrübəni;

5.15.  səhiyyə, əmək və idarəetmənin  iqtisadiyyatı və təşkilini;

5.16.  əhaliyə tibbi yardım göstərilməsinin əsaslarını;

5.17.  əmək   qanunvericiliyinin   əsaslarını,  əməyin   mühafizəsinin   norma   və 

qaydalarını bilməlidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin