III.
Hüquqlar
18.
Baş mühasibin aşağıdakı hüquqları vardır:
18.1. ona tabe işçilər üçün icrası məcburi olan sərəncamlar vermək;
18.2. öz fəaliyyəti üzrə kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək;
18.3. öz fəaliyyəti üzrə müəssisənin işçilərinin həvəsləndirilməsi və tənbeh
edilməsinə dair rəhbərliyə təkliflər vermək;
18.4. müəssisənin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
18.6. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfrans və
müşavirələrdə iştirak etmək;
18.7. müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
18.8. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
19.
Baş mühasib Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |