III.
Hüquqlar
18.
Baş mühasibin müavini aşağıdakı hüquqları vardır:
18.1. öz fəaliyyəti üzrə kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək;
18.2. öz fəaliyyəti üzrə müəssisənin işçilərinin həvəsləndirilməsi və tənbeh
edilməsinə dair rəhbərliyə təkliflər vermək;
18.3. öz fəaliyyəti üzrə müəssisənin fəaliyyətinin inkişafı və
təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər vermək;
18.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən və aidiyyəti struktur bölmələrindən tələb
etmək, əldə etmək və istifadə etmək;
18.4. öz səlahiyyətləri çərçivəsində baş mühasibə aşkar olunmuş bütün
nöqsanlar barədə məlumat vermək;
18.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfrans və
müşavirələrdə iştirak etmək;
18.6. müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada
attestasiyadan keçmək;
18.7. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
19.
Baş mühasibin müavini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |